Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Soçi mesajları: Bakı ilə Moskvanın arasını vurmağa çalısan gizli erməni

 

Prezident İlham Əliyevin Putinlə görüşündə işarə vurduğu “boz kardinal” kimdir, “üçüncü qüvvə” necə faş edildi?

Yenixeber.org: İyulun 21-də Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri və Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşü ötən həftəsonunun ən mühüm siyasi hadisəsi sayıla bilər. Səfərə yerli və xarici siyasi müşahidəçilərin xüsusi diqqət və marağı isə bir neçə amillə bağlı idi.

İlk növbədə söhbət həlli uzanan Dağlıq Qarabağ məsələsi ətrafında yaranmış təhlükəli durumdan gedir. Bəllidir ki, bir sıra ekspertlər, o cümlədən rusiyalı təhlilçilər bu vəziyyətin olduqca təhlükəli həddə çatdığı və siyasi liderlərin çevik müdaxiləsi olmazsa, müharibənin qaçılmaz olacağı haqda xəbərdarlıq etməkdədirlər. Belə perspektivdən yayınmaq üçünsə ən əvvəl Moskvanın çevik müdaxiləsi tələb olunur – hansı ki, özü də yeni Qarabağ savaşında maraqlı görünmür.

Bundan əlavə, ötən zaman kəsiyində Azərbaycan-Rusiya münasibətlərinə həssaslıq gətirən bəzi hadisələr baş verib ki (ÜAK-ın ləğvi, Lapşin məsələsi, Rusiya XİN-in ermənin əslli vətəndaşlarla bağlı Azərbaycana etiraz notası və s.), bu hadisələrin də mümkün təsirləri və siyasi nəticələri ən yüksək səviyyədə müzakirə tələb edirdi.

***

Gözlənildiyi kimi, Əliyev-Putin görüşündə Dağlıq Qarabağ məsələsi, iki ölkə arasında ikitərəfli münasibətlərin indiki vəziyyəti və inkişaf perspektivi, regional və beynəlxalq məsələləri geniş müzakirə edilib. Xəbər verildiyi kimi, Qarabağ münaqişəsinin həll yolları çox geniş müzakirə olunub, münaqişə zonasında mövcud status-kvonun bundan sonra davam edə bilməyəcəyi xüsusi vurğulanıb.

Sonuncu məqam çox önəmlidir. Ona görə ki, mövcud status-kvonun qalması labüd müharibə deməkdir. Status-kvonun dəyişməsi isə ilk növbədə işğalçı Ermənistana Rusiyanın yanaşmasının dəyişməsini zəruri edir. Bir sıra analitiklərə görə, prezidentlərin Soçi görüşü bu yöndə yeni situasiya yarada, hətta sülh prosesinə təkan verə bilər. Gözləyək görək, Rusiya prezidenti erməni həmkarı ilə nə vaxt görüşəcək və görüşdən sonra hansı mesajlar veriləcək.

Önəmlisi həm də görüşdə prezidentlərin iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunun bir daha təsdiqlənməsidir. Prezidentlər ikitərəfli və çoxtərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar. Bundan əlavə, Azərbaycan və Rusiya dövlət başçıları strateji tərəfdaşlığın dərinləşdirlməsi yönündə görüləsi zəruri olan işlərdən danışıb, yeni əməkdaşlıq istiqamətlərin müəyyən edilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıblar. Yəni faktiki, yeni “Yol xəritəsi” cızıblar.

***

Bu xüsusda Soçi görüşünü qiymətli edən daha bir detala toxunmaq lazım gəlir: belə ki, Rusiya hökumətinə yaxın mənbələrdən məlum olub ki, prezident İlham Əliyev həmkarı ilə görüşdə ağrılı bir məsləyə - Rusiya-Azərbaycan əlaqələrinə “üçüncü qüvvələr”in müdaxiləsindən danışıb. O sırada Azərbaycanın dövlət başçısı qeyd edib ki, Moskva ilə Bakı arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı erməni lobbisini və onun nəzarətindəki qüvvələri, o sırada Rusiyada dövlət orqanlarına soxulmuş və anti-Azərbaycan fəaliyyəti göstərən şəxsləri və bəzi beynəlxalq dairələri narahat edir və bu münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir.

Lakin o da qeyd olunub ki, ikitərəfli münasibətlərin hazırkı xarakteri, dərinliyi və inkişaf perspektivi, habelə dövlət başçıları arasında mövcud olan şəxsi qarşılıqlı etimad və dostluq münasibətləri belə cəhdlərin baş tutmasına heç vaxt imkan verməyəcək və onlar həmişə iflasa uğrayacaq. Təsadüfi deyil ki, hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib və bunun üçün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırıblar.

***

O ki qaldı Rusiyada dövlət orqanlarına soxulmuş və anti-Azərbaycan qüvvələrinə, onlar həqiqətən də mövcuddur və Bakı ilə Moskvanın arasını vurmağa, əməkdaşlığın təməlini qazımağa çalışırlar. Söhbət öncəliklə də Rusiya XİN-də kök salmış erməni kökənli şəxslərdən gedir. Sirr deyil ki, onlar Rusiyanın dövlət maraqlarından daha çox, erməni lobbisinin və ermənilərin mənafeyindən çıxış edirlər.

Elə Rusiyanın xarici siyasətini yönəldən XİN-in başında duran şəxsin etnik mənşəyinə diqqət yetirilsə, kifayət edər. Məhz onların səyləri nəticəsində Rusiyadakı azərbaycanlıların ən böyük ictimai qurumu olan ÜAK-ın qeydiyyatı ləğv olunub – hansı hadisə ki, Azərbaycanın hakimiyyət dairələrində olduqca böyük təəccüb və haqlı narahatlıq doğurub.

Bundan az sonra isə Rusiya XİN-i erməni əsilli Rusiya vətəndaşlarının guya Bakı hava limanında incidilməsi və diskriminasiyaya məruz qalması ilə bağlı Azərbaycana etiraz notası göndərdi – özü də faciəvi Alxanlı hadisələri ilə eyni gündə, 2 yaşlı Zəhranı erməni vəhşilərinin raketlə qətlə yetirdiyi gün.

Rusiyadakı anti-Azərbaycan qüvvələrinin fəaliyyətinin kulminasiyası isə Rusiyanın İrandakı səfiri, erməni Levan Caqaryanın bu günlərdə “Şimal-Cənub” nəqliyyat dəhlizi əleyhinə verdiyi bəyanat sayıla bilər – hansı layihəni ki, ötən ilin yayında Bakıda baş tutmuş Rusiya-Azərbaycan-İran prezidentlərinin zirvə görüşündə V.Putin şəxsən dəstəkləyib.

Belə nümunələrin sayını artırmaq da olar. Biz hələ Rusiyanın aparıcı KİV-ində kök salmış erməniləri demirik. Azərbaycan prezidenti sözsüz ki, həm də sonuncuları nəzərdə tutaraq narahatlığını ifadə edib...

***

Sadalanan aspektləri nəzərə alsaq, bütövlükdə Azərbaycan prezidentinin Soçi səfəri “saat əqrəblərinin tutuşdurulması” baxımından olduqca böyük önəm daşıyırdı. İki liderin görüşü və bu görüşdəki isti atmosfer, habelə diqqət mərkəzinə gətirilən məsələlərin xarakteri ölkələrimiz arasında bütün sahələr üzrə məhsuldar əməkdaşlıq əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət edəcəyinə ümid yaradır.

Bu isə öz növbəsində əsas problemimiz olan Dağlıq Qarabağ probleminin həllində real dönüş üçün daha əlverişli diplomatik zəmin formalaşdıra bilər. Azərbaycan-Rusiya əlaqələrinin dinamik inkişafı isə bu əlaqələrə qısqanc yanaşan məkrli dairələri, məxsusən də erməni lobbisini sövq-təbii daha da qıcıqlandıracaq. Soçi görüşünün daha bir mühüm yekunu budur və rəsmi Bakı onu yəqin ki, ciddiyə alacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam