Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Lavrovla Çavuşoğlu arasında telefon danışığı olub –Suriyadakı son hadisələr müzakirə edilib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu  arasında telefon danışığı olub.

Yenixeber.org:   Bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.

Telefon danışığı zamanı Sergey Lavrov və Mövlud Çavuşoğlu Suriyadakı son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Məlumata əsasən, S.Lavrov bildirib ki, ABŞ-ın Homs şəhəri yaxınlığındakı hərbi aerodroma hava zərbələri endirməsi Moskva və Ankaranın Suriyada böhranın nizamlanması səylərini sarsıdır.

“Tərəflər Xan-Şeyxunda baş verən hadisələrin obyektiv, qərəzsiz araşdırılması, həmçinin bundan əvvəl terror qruplaşmaları tərəfindən kimyəvi silahdan istifadə edilməsi hallarının öyrənilməsinin vacibliyini vurğulayıblar”,məlumatda qeyd edilib.

Sergey Lavrov və Mövlud Çavuşoğlu Suriyada sülhə nail olmaq üçün yeganə yol kimi danışıqların davamına alternativin olmadığını vurğulayıblar. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam