Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Ermənistan elan olunmamış müharibəyə başladı“

 

 

             Rusiya mətbuatı ermənilərin Naxçıvana hücumu barədə yazıb

 

    "Xeberinfo.com":  Artıq bir neçə gündür ki, erməni silahlı qüvvələrinin cəbhə xətdində aktivliyi müşahidə olunur. Xəbər verdiyimiz kimi, erməni silahlı qüvvələri Naxçıvana hücumları davam edir. Həmin xəbərlər Azərbaycan mətbuatına istinadən verilib. Bildirilir ki, Culfa rayonunun Ləkətağ kəndinin sakini Aynur Sərkərovun verdiyi məlumata görə, ermənilər Naxçıvana giriblər və Azərbaycan tərəfdən itkilər var.
   Məlumata görə, başda "Moskovskiy Komsomolets" saytı olmaqla bir sıra Rusiya KİV-ləri “Ermənistan Azərbaycanla müharibəyə başladı”, “Ermənistan döyüşlər zamanı Azərbaycana soxuldu, qanlı döyüşlər gedir”, “Ermənistan elan olunmamış müharibəyə başladı” başlıqlı məqalələr dərc edib.
    Hətta həmin yazılarda qeyd olunur ki, guya Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda yaranmış vəziyyətlə bağlı heç bir məlumat vermir. Ümumiyyətlə telefon zənglərinə cavab vermir. Təbii ki, bu dezinformasiyadır.
Çünki elə həmin gün ANS PRESS Müdafiə Nazirliyi ilə əlaqə saxlamışdı. Nazirlik Naxçıvanla bağlı yayılan xəbərlərə aydınlıq gətirmişdi. Nazirliyin açıqlamasında bildirilirdi ki, yayılan məlumatlar şayiədir. Bu tipli xəbərlərin heç bir əsası yoxdur. Belə məlumatların yayılması ölkədə sabitliyin pozulmasına hesablanıb.

 

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam