Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İran XİN-in mətbuat katibindən cəbhədəki vəziyyətə reaksiya:"Azərbaycan və Ermənistanı təmkinli davranmağa çağırırıq"

 

İran Azərbaycan və Ermənistanı təmkinli davranmağa, dialoq və danışıqlar yolu ilə vəziyyəti sabitləşdirməyə çağırır.

 

Xeberinfo.com:  İRNA-ya istinadən xəbərə görə, bu haqda İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Kasemi bildirib.

Onun sözlərinə görə, dialoq və danışıqlar münaqişələrin nizama salınması üçün vacib kanallardan biridir.

“Mən ümid edirəm ki, beynəlxalq təşkilatlar münaqişənin nizama salınması üçün öhdələrinə düşən vəzifələri yerinə yetirəcək” - deyə bildirib.

XİN rəsmisi qeyd edib ki, İran sülhün və təhülkəsizlik üçün tərəflərə kömək etməyə hazırdır.

 

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını hərbi qulluqçularımız - Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub.  

 

Onların nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı.


Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, meyitlərin çıxarılması proseduru başlayanda Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş razılığın şərtlərini pozub. Və əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam