Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Tramp hakimiyyətinin Fətullah Güləni təhvil verəcəyini düşünürəm" -Ted Mallok

ABŞ prezidenti Donald Trampın Avropa Birliyinə səfir təyin etməsi gözlənilən professor Ted Mallok Türkiyənni NTV telekanalına müsahibə verib.

Xeberinfo.com:   T.Mallok FETÖ lideri Fətullah Gülənin hazırkı hakimiyyət üçün adi vətəndaş olduğunu qeyd edib. Türkiyədə baş verən proseslərdən xəbərdar olduğunu deyən tanınmış siyasətçi Fətullah Gülənin Türkiyəyə verilməsinin mümkün olduğunu deyib: “ABŞ ədalətli mühakimə aparıldıqdan sonra onu niyə təhvil verməsin ki? Bu insan niyə Türkiyəyə göndərilməsin? Mənə elə gəlir ki, bu, yeni hakimiyyətin çox diqqət göstərməli olduğu mövzudur. Tramp hakimiyyətinin Fətullah Güləni təhvil verəcəyini düşünürəm. Təbii ki, məsələ ədliyyə nazirinin qarşısına da gələcək. Amma bu, çox vacib məsələdir, Türkiyə üçün kritikdir. Çevrilişə cəhd etmiş qüvvələrin arxasında dayanan şəxs bizim torpağımızdadır. Türkiyə isə bizim NATO-dakı müttəfiqimizdir. Türkiyə son dərəcə önəmli strateji əlaqələrimiz olan bir ölkədir”.

T.Mallok Türkiyə hakimiyyətinin Obamadan etdiyi tələbi Trampa da ünvanlamalı olduğunu bildirib və bir vətəndaşa görə münasibəti korlamamağın vacibliyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam