Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

"Tehran regionda sülhün yaranması üçün hər iki cəbhədə iştirakını təmin etmişdi" -İran prezidenti

 

İran prezidenti Həsən Ruhani bu gün Tehranda akreditə olunmuş xarici ölkə səfirləri qarşısında çıxışı zamanı ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı roluna toxunub.

Xeberinfo.com:   İran prezidentinin rəsmi saytına istinadən xəbərə görə, Həsən Ruhani Tehranın vaxtilə Qarabağda atəşkəsin əldə edilməsi üçün səylər göstərdiyini deyib. “O vaxtlar ki, İranın şimal sərhədləri yaxınlığında, Qarabağın yüksəliklərində Azərbaycanla Ermənistan arasında toqquşmalar baş verirdi, Tehran atəşkin dayandırılması və regionda sülhün yaranması üçün hər iki cəbhədə iştirakını təmin etmişdi”-Həsən Ruhani bildirib.

 

Virtualaz.org yaxın keçmişdə baş verənləri xatırladaraq qeyd edir ki, İranın Qarabağda atəşkəsin əldə edilməsində rolu həlledici olmayıb. Doğrudur, 1992-ci ildə Tehranda prezident Haşimi Rəfsəncaninin vasitəçiliyi ilə Ermənistan prezidenti Ter-Petrosyan və Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov arasında atəşkəsə dair razılaşma imzalanıb. Lakin elə həmin gün erməni qüvvələri hücuma keçərək Şuşanı işğal etmişdi və nəticədə Tehranın münaqişədəki vasitəçilik roluna sarsıdıcı zərbə vurulmuşdu. Sonralar İran Ermənistanla Azərbaycan arasında vasitəçilik misiyasını üzərinə götürməyə hazır olduğu haqda dəfələrlə tərəflərə öz təkliflərini çatdırıb, ancaq həmin təşəbbüslər həmişə tərəddüdlə qarşılanıb.

Bununla belə İranın münaqişədəki rolu haqda danışarkən onun hərbi əməliyyatların Ermənistan üçün kritik dərəcədə ağır günlərində İrəvana təchizat dəstəyini yada salmaq olardı. Hansı ki, Ermənistan rəhbərliyi həmin ağır günlərdə İranın verdiyi bu dəstəyi həmişə minnətdarlıqla xatırlayır...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam