Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Rusiya konsulu Aleksandr Lapşinlə görüşəcək”-Elmar Məmmədyarov

 

89

 

“Rusiya konsulunun yaxın iki gündə Belarusdan Azərbaycana ekstradisiya olunmuş bloger Aleksandr Lapşinlə görüşəcəyi gözlənilir”.

 

Xeberinfo.com:  Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti”yə müsahibəsində bildirib.
“Biz məsələylə bağlı Rusiya və İsrail səfirliklərindən nota almışıq. Çox güman ki, Rusiya konsulu sabah və ya birisi gün Vyana Konvensiyasına uyğun olaraq Aleksandr Lapşinlə görüşəcək. Səfirliyin onunla danışmaq üçün imkanı olacaq. Mən artıq Rusiya səfiri ilə görüşmüşəm və məsələni müzakirə etmişik. Hər hansı bir maneə görmürəm”, – deyə Azərbaycan xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.
Nazir qeyd edib ki, A.Lapşinin gələcək taleyi istintaqın nəticəsindən asılı olacaq: “O, qanunları pozub və bu səbəbdən cinayət işi başlanılıb, nəticədə İnterpol xətti ilə axtarışa verilib. Blogerə qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb və son qərarı da məhkəmə verəcək”.
Qeyd edək ki, E.Məmmədyarov Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinlə görüşərək, fevralın 7-də Belarusdan Azərbaycana ekstradisiya olunmuş A.Lapşinin məsələsini müzakirə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam