Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Lapşin Dağlıq Qarabağdakı girovlarımız kimi həbsxanada yatmalıdır" -Politoloqdan şərh

Elxan Şahinoğlu

"Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası uğurumuzdur. Həm Azərbaycan hakimiyyəti, həm də ilk növbədə Belarus prezidenti Aleksandr Lukaşenko prinsipiallıq nümayiş etdirdilər. Belarus prezidentinə xüsusi təşəkkür düşür, sağ olsun, Azərbaycanın maraqlarını Rusiya və Ermənistanın müxtəlif istiqamətlərindən yönələn təzyiqlərinə qurban vermədi".

Xeberinfo.com:  Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bundan sonra rəsmi Bakıya təzyiqlər artacaq:

"Ancaq vacibdir ki, hakimiyyət bu təzyiqlərə baş əyməsin, Lapşinin məhkəməsini keçirsin və o, cəzasının önəmli hissəsini həbsxanamızda keçirsin. Qoy, bu, Azərbaycan qanunlarını pozan başqa xarici vətəndaşlara da dərs olsun".

Politoloq deyir ki, Dağlıq Qarabağda iki azərbaycanlı girovun geri qaytarılması üçün müraciət etmədiyimiz ünvan (Rusiya, ATƏT, Beynəlxalq Qırmızı Xaç Təşkilatı və s.) qalmayıb, ancaq İrəvan geri addım atmır:

"Moskva isə bu həyasızlığa görə, vassalına güldən ağır söz demir. Belə isə biz niyə Moskvanın istəyi ilə Lapşini vaxtından əvvəl həbsdən azad etməliyik? Yox, əgər Rusiya Lapşini Dağlıq Qarabağda saxlanılan iki girovumuza dəyişmək istəyərsə, bu, başqa məsələ. Ancaq bu olmadan Lapşin Dağlıq Qarabağdakı girovlarımız kimi həbsxanada yatmalıdır.

Şübhə etmirəm ki, Rusiya Azərbaycan hakimiyyətindəki “5-ci kolonunu” da hərəkətə gətirməyə çalışacaq. Ümid edirəm ki, dövlət başçısı Prezident Administrasiyasındakı və Nazirlər Kabinetindəki rus buyruqçularını da yerində oturdacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam