Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bu ölkədə sabitlik, güvən var” -Ərdoğan

“Türkiyənin özünə inanan, risk almağa hazır iş adamlarına, ixtiraçılara ehtiyacı var”.

Xeberinfo.com:  Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Birjasının yeni binasının açılış mərasimində bildirib.

Onun sözlərinə görə, Türkiyəyə 2 mln. dollar investisiya yatıran investorların vətəndaşlıq almaq imkanı var: "İnvestisiyalar yatırın, bu ölkəyə güvənin. Bu ölkədə sabitlik, güvən var. Bu iki sehrli anlayışa əsla laqeyd yanaşmayın. İndi mən də buna əlavə edirəm ki, risk alın. Risk almadıqda bu iş irəliləməz”. 

Ərdoğan investisiyaları təşviq edib, dünyanın ən böyük 10 iqtisadiyyatı sırasında olmağın hədəfləndiyini bildirib: "Yeni metodlarla turizm gəlirlərinin 100 mlrd. dollara qalxmasının yolları axtarılır".

O, Türkiyədə dolların lirəyə qarşı kəskin bahalaşmasına da münasibət bildirərək qeyd edib ki, son günlərdə məzənnə artımını silah olaraq istifadə edib yenə üstümüzə gəlməyə başlayıblar: “Qoy, gəlsinlər. Biz də bunların öhdəsindən gəldik və gələcəyik. Bizim bu hücumu qarşılayacaq gücümüz var”.

Türkiyə prezidenti vurğulayıb ki, iqtisadiyyatdakı aktual çətinliklərin həllinə yönəlmiş addımların atılması məsələsində bir az daha sürətli və qərarlı olmaq vacibdir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam