Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Rusiya regionun qarantıdır, çalışır ki, hər yerdə sülh olsun”

Bu gün Bakıda Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclası başlayıb.

Xeberinfo.com:   Virtualaz.org xəbər verir ki, iclasa Rusiya tərəfdən baş nazirin müavini, hərbi sənayeni kurasiya edən Dmitri Roqozin, Azərbaycan tərəfdən isə onun həmkarı Yaqub Eyyubov başçılıq edir.

Yaqub Eyyubov iclasda çıxışı zamanı deyib ki, Rusiya regionda təhlükəsizliyin qarantıdır. “Azərbaycanla Rusiyanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Rusiya təkcə bizim iqtisadi tərəfdaşımız deyil, eyni zamanda regionda təhlükəsizliyin qarantıdır. Rusiya çalışır ki, hər yerdə sülh olsun, ölkələrin daxili işlərinə qarışan olmasın”-Eyyubov nitqini davam etdirərək deyib.

Baş nazirin müavini əlavə edib ki, Bakı Moskva ilə münasibətlərini çox yüksək qiymətləndirir. Hərçənd ki, iki ölkə arasında mal dövriyyəsi 2014-cü ildən bəri azalmaqdadır, bunun əsas səbəbi iqtisadi böhrandır. “Hər yerdə ciddi ziyan var. Bizdə də devalvasiya olub”-Yaqub Eyyubov xatırladıb.

Y.Eyubov Rusiyanın “Dostluq” ordenini kavaleridir, bu ordenlə onu Putin təltif edib.

Xatırladaq ki, Roqozinin səfəri zamanı Azərbaycan prezidenti ilə danışıqlarda Rusiyanın Ermənistana “İsgəndər” raketlərini verməsi ilə bağlı məsələnin müzakirəsi gözlənilir. “Kommersant” yazıb ki, Bakı bu məsələdən olduqca narazıdır.

Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclasında Dmitri Roqozin deyib ki, tərəflər “mürəkkəb diskussiyalara” səbəb olan bir sıra məsələlərin həllinə nail olublar. “Biz danışıqlara çox vaxt sərf etdik, mürəkkəb diskussiyalara səbəb olan bir sıra məsələləri razılaşdırıb gündəmdən çıxardıq”-Roqozin bildirib. Rusiya baş nazirinin müavini “fürstətdən istifadə edərək” azərbaycanlı həmkarı Yaqub Eyyubovu 2017-ci il iyunun əvvəllərində Sankt-Peterburq beynəlxalq iqtisadi forumunda iştiraka dəvət edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam