Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Azərbaycan və Rusiyanı bir-birinə çoxillik dostluq münasibətləri bağlayır"

 

"Azərbaycanda böyük rus mədəniyyətini, ədəbiyyatını və incəsənətini çox sevirlər"

Xeberinfo.com:   Bunu Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyeva Moskvada təşkilatın VII Forumunun açılışında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiya oxuyan, işləyən və yaşayan Azərbaycan gəncləri həmçinin öz mədəniyyətlərinin və tarixlərinin qayğısına qalırlar: "Azərbaycan gənci Azərbaycan tarixinə çox həssas yanaşır. Ona görə də hər il dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçiririk. Ədalətin bərpa ediləcəyinə inanırıq. Bütün tədbirlərimizi tolerantlıq və multikulturalizm ruhunda keçirməyə çalışırıq. Biz inamla gələcəyə baxır və inkişaf edirik".

L.Əliyeva təşkilatın gənclər üçün böyük imkanlar yaratdığını vurğulayıb: "Rusiyanın Azərbaycanlı Gənclər Birliyi bacarıqlarınızı inkişaf etdirə və ya yeni biliklər əldə edə biləcəyiniz yerdir. Tezliklə təşkilatımızda Azərbaycan dili kursları də açılacaq".

Forum başlamamışdan əvvəl L.Əliyeva "Müstəqil Azərbaycan - 25 il" sərgisi ilə tanış olub.

Qeyd edək ki, forumun işində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycan və Rusiyanın digər rəsmi şəxsləri, deputatlar, eləcə də Rusiyanın aparıcı ali təhsil ocaqlarının Azərbaycan tələbə klublarını təmsil edən gənclər iştirak ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam