Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənilərin əleyhinə sənəd qəbul olundu – QƏTNAMƏ

NATO_170808

NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyası çərçivəsində qurumun Müdafiə və təhlükəsizlik komitəsi suveren ölkələrin ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı qətnamə qəbul edib.

Xeberinfo.com:  Bunu Trend-ə iclasda iştirak edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, komitənin iclasında işğal olunmuş ərazilər məsələsi müzakirəyə çıxarılıb: “ABŞ nümayəndə heyəti üzvünün təklifi ilə belə bir məsələ ortaya qoyuldu ki, bütün suveren dövlətlərin ərazi bütövlüyü tanınmalıdır və müzakirələrdən sonra bununla bağlı qətnamə qəbul edildi”.

S.Novruzov qeyd edib ki, Ermənistan nümayəndə heyəti qətnamənin qəbul edilməsinə etiraz etsə də, heç bir nəticəsi olmayıb.

Qeyd edək ki, qətnamə noyabrın 21-də NATO Parlament Assambleyasının sessiyasında da təsdiq olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam