Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə yenidən qarışdı

 

    "xeberinfo.com": Türkiyənin Soma rayonunda 284 nəfərin ölümü ilə nəticələn mədən partlayışı ilə əlaqədar hökumətə qarşı etirazlar geniş vüsət alıb. İzmir vilayəti ilə yanaşı, paytaxt Ankara, İstanbul, Diyarbəkir, Bolu, Adana və digər vilayətlərdə də etiraz aksiyaları keçirilib.

     Məlumata görə, aksiyalar zamanı etirazçılar hökumətin işçilərin təhlükəsizliyini təmin etməsi tələb ediblər.

Diyarbəkir və Bolu vilayətində baş tutan aksiyalar sonda zorakılıqlarla yadda qalıb. Bir qrup aksiyaçı təhlükəsizlik qüvvələrinə daşlarla hücum edib.

     İstanbul şəhərində isə, fəallar "bu, qəza deyil, qətliamdır" şüarları ilə oturaq aksiya keçiriblər. Təhlükəsizlik qüvvələri təzyiqli su ilə aksiyanı dağıtmağa çalışıb.

Ankarada da, həmçinin, etirazçılar "Qatil AKP" şüarları səsləndiriblər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam