Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Ştaynmayer Dağlıq Qarabağı “qara dəlik” adlandırdı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının bugünkü plenar iclasında Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmeyer çıxış edib.

Xeberinfo.com:  Almaniya XİN başçısı Avropa Şurasına üzv ölkələrdə insan hüquqlarının vəziyyəti haqqında danışarkən bu məkanda baş verən münaqişələrə, tanınmamış ərazilərə diqqət çəkib.

“Biz Avropa məkanında insan hüquqlarının qorunması haqqında danışarkən burada baş verən münaqişələri də unutmamalıyıq. Münaqişələr dedikdə, mən yalnız Ukraynanı və Krımın anneksiyasını deyil, Cənubi Osetiya, Abxaziya, Dnestryanı bölgə və Dağlıq Qarabağ münaqişələrini də nəzərdə tuturam.

Bizim qitədə insan hüquqlarının vəziyyətinin müşahidə edilməsi baxımından belə “qara dəliklər”, “boz zonalar” mövcud olmamalıdır. Bu baxımdan, AŞPA dövrümüzün ən kəskin məsələləri üzrə siyasi müzakirələrin aparılması üçün meydan rolunu oynayır. Əlbəttə, burada bəzən bir-birinə qarşı olan ixtilaflı məsələlər müzakirə olunur ki, bu da düzgündür. Çünki bura müzakirələrin aparılması üçün - xüsusi ilə də münaqişələrin kəskinləşməsi və gərginliklərin baş verdiyi bir dövrdə - tam uyğun bir yerdir”, - deyə o bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam