Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Maksim Musayevin YAP-ın yaradılmasında heç bir iştirakı olmayıb"

maksim

Hüseyn Paşayev: “Özlərini “91-lərin üzvü”, “YAP-ın qurucusu” kimi təqdim edən insanların əksəriyyətini sonradan tanımışam”

Xeberinfo.com:   “Yeni Azərbaycan” Partiyasının mətbuat xidməti dəfələrlə bu barədə məlumat verib və bir daha təkrar etməyə lüzum görür ki, keçmiş deputat Maksim Musayevin YAP-ın yaradılmasında heç bir iştirakı olmayıb”.

Bu fikirləri YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev musavat.com-a açıqlamasında bildirdi.

O, əlavə etdi ki, M.Musayevin məşhur “91-lər”in siyahısına heç bir aidiyyatı yoxdur:“Xahiş edirik ki, Maksim Musayev nə mətbuatda, nə ictimai yerlərdə, ümumiyyətlə, heç bir ünvanda özünü “Yeni Azərbaycan” Partiyasının qurulmasında iştirak etmiş “91-lər”in nümayəndəsi kimi təqdim etməsin və bununla bağlı KİV-lərdə çaşqınlıq yaratmasın”.

H.Paşayev M.Musayevin “YAP-ın qurucularından biri” kimi təqdimatı ilə də razılaşmadı: “Onlar özlərini belə təqdim edirlər. YAP 1992-ci ildə yaranıb, mən də həmin ildən bu partiyadayam. Son vaxtlar özlərini “91-lərin üzvü”, “YAP-ın qurucusu” kimi təqdim edən insanların əksəriyyətini mən tanımıram, yaxud da sonradan tanımışam. O cümlədən də Eldar Sabiroğlunu…”

Mətbuat xidmətinin rəhbəri M.Musayevin YAP-ın üzvü olduğunu təsdiqlədi: “Ancaq YAP qarşısında xidmətlərini şişirtməklə məşğuldur. Bu isə onu tanıyanlar arasında müsbət rəy formalaşdırmır”.

H.Paşayev M.Musayevlə Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov arasında baş verən konfliktli vəziyyətə partiyanın müdaxilə etməyəcəyini də söylədi: “YAP fərdlər arasında münasibətlərə qarışmır”.

Qeyd edək ki, M.Musayev Altıağacda ona məxsus tikilinin icra başçısının göstərişi ilə söküldüyünü deyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam