Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rus politoloqdan Qarabağ hədəsi

 

Belkovski: “Putin ABŞ, Kanada və Fransa ermənilərinin dəstəyini qazanmaq üçün Qarabağın müstəqilliyini tanıya bilər”

   "xeberinfo.com": Rusiyalı politoloq Stanislav Belkovski bildirib ki, Ukraynanın bir hissəsini tutduqdan sonra Vladimir Putin Dağlıq Qarabağ və Latviya ilə məşğul olacaq.

   Məlumata görə, “Radio Svoboda”ya müsahibə verən politoloq ehtimal edir ki, Putin ABŞ, Kanada və Fransa ermənilərinin dəstəyini qazanmaq üçün Dağlıq Qarabağın müstəqilliyini tanıya bilər. 

    Qeyd edək ki, Stanislav Belkovski Rusiyada qara piar ustası kimi tanınır və rəsmi dairələr onun bu çıxışlarını heç də ciddi saymırlar. Atası polyak və anası yəhudi olan bu politoloq hətta 2005-ci ildə Rusiyanı monarxiyaya çevirmək məqsədi daşıyan konstitusiya layihəsi işləmişdi. 

    Rəsmi Moskva heç zaman Dağlıq Qarabağla Krımı eyniləşdirmir. Krım əvvəlcə Rusiyaya məxsus olub və sadəcə SSRİ rəhbəri Nikita Xruşşev tərəfindən Ukraynaya bağışlanıb. Amma Dağlıq Qarabağ isə bütün hüquqi sənədlərdə tarixən Azərbaycana məxsus olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam