Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

XİN-dən Vyana danışıqlarında separatçılara qadağa xəbərinə təkzib

«Ermənistan parlamentinin hakim Respublikaçılar Partiyasından olan deputatı Artak Davtyanın Vyanada keçirilmiş görüşdə Dağlıq Qarabağ kriminal rejiminin nümayəndəsinin iştirak etməməsinə Azərbaycan tərəfinin razılıq verməməsinin səbəb olması barədə söylədikləri ağ yalandır və həqiqətə uyğun deyil»

Xeberinfo.com:   Məlumata görə, bunu virtualaz.org-un sorğusuna cavab olaraq Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

«Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilmiş görüşdə Qarabağ separatçılarının iştirakı ilə bağlı təklif heç kim, o cümlədən Ermənistan nümayəndələri tərəfindən irəli sürülməyib», - H.Hacıyev bildirib.

«Bütün dünya ictimaiyyəti yaxşı bilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və buna görə də, münaqişə iştirakçısı kimi bütün məsuliyyət erməni tərəfiunin üzərinə düşür», - XİN mətbuat xidmətinin rəhbəri sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, bu gün Ermənistan parlamentinin hakim Respublikaçılar Partiyasından olan deputatı Artak Davtyan «Ermənistan xəbərləri» portalınamüsahibəsində bildirib ki, Dağlıq Qarabağın separatçı rejiminin nümayəndəsinin Vyana görüşündə iştirak etməməsinə səbəb Azərbaycanın bunu istəməməsi olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam