Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Aİ təmas xəttindəki vəziyyəti yaxından izləyir”

malena

 

Səfir: Biz ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqlarının keçiriləcəyinə ümid edirik
“Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttindəki vəziyyəti yaxından izləyir”.

 

Xeberinfo.com:   Məlumata görə, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
O, Aİ-nin ali nümayəndəsi Federika Mogerininin Dağlıq Qarabağ münaqişəsində status-kvo davamlı olmaması ilə bağlı bəyanatını xatırladıb. “Əlbəttə, sülhün bərqarar olacağına və ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqlarının keçiriləcəyinə ümid edirik. Aİ ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir”, – deyə M.Mard bildirib.
Xanım Mard Aİ-nin yüksək səviyyəli şəxslərinin Azərbaycana səfərlərini xatırladaraq, bunun Aİ-nin Cənubi Qafqaz regionuna göstərdiyi diqqətin əlaməti olduğunu qeyd edib.
M.Mard mayın 18-də Bakıda Azərbaycan-Avropa İttifaqı biznes forumunun keçiriləcəyini də əlavə edib. O, bunun da Aİ-nin Azərbaycandakı işə marağının göstəricisi olduğunu vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam