Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bizə deyirlər daha 25 il də danışıqlar aparın”

Novruz M

 

“Düşünməliyik ki, hansı səbəblərdən terror qrupları yaranır? Biz bunu yaxşı anlamasaq, başa düşməsək, uğur əldə edə bilmərik”.
Xeberinfo.com:   “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində “Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması” mövzusunda panel iclasında deyib.
O bildirib ki, Sovet İttifaqının süqutundan sonrakı vəziyyət analiz edilməlidir: “Dünyada 50 ölkənin çətin vəziyyətdə olduğunu görürük. Bunun səbəbləri nədir? Düşünürəm ki, burada ədalət prinsipləri pozulub. İŞİD məsələsinə müxtəlif prizmalardan yanaşırıq. Baxın, 220 gənc qız bu terror qrupu tərəfindən girov götürülüb. Beynəlxalq təşkilatlar isə bu məsələdə real addım atmır. Dünya ölkələri beynəlxalq hüquq normaları ilə bağlı məsuliyyət daşıyırlar”.
N.Məmmədov Dağlıq Qarabağ mövzusuna da toxunub: “Ermənistan Qarabağı və ətraf yeddi rayonu işğal edib. Amma beynəlxalq təşkilatlar bu məsələdə susur. Bizə deyirlər, danışıqları davam etdirin. Yəni, 25 il danışıqlar aparmısınız, daha 25 il də danışıqlar aparın. Bu vəziyyət nə qədər davam edə bilər? Hələ də deyirlər ki, problemi özünüz həll edin. Bu məsələ beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam