Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

"Putin Avropaya hakim olmalıdır"

“Formula-1”in rəhbəri: Putin Avropaya hakim olmalıdır

 

 

 
“Onun sözü ilə əməli birdir”.
Xeberinfo.com:   Vladimir Putin Avropanı idarə etməlidir, Donald Tramp isə ABŞ-ın “fantastik” prezidenti olardı. 
BBC  xəbər verir ki, bu barədə “Formula-1” şirkətlər qrupunun rəhbəri, 85 yaşlı britaniyalı milyarder Berni Ekklstoun bəyan edib. 
Londonda “Avropa reklamı” həftəsində çıxış edən biznesmen Britaniyanın Avropa İttifaqından çıxmasının yüz fazilik tərəfdarı olduğunu deyib. 
“Düşünürəm ki, Avropa mahiyyətini itirib. Nöqtə”, - o, kəskin şəkildə bildirib. 
Həmsöhbətləri Ekklstouna, rusiyalı prezident Vladimir Putinin pərəstişkarlarından biri olduğunu xatırladarkən milyarder deyib:
“O, (Putin) Avropaya hakim olmalıdır”.
Putinin Avropaya Brüsseldən rəhbərlik edib-etməməsinə dair dəqiqləşdirici suala isə biznesmen: 
“Xeyr, Brüsseldən yaxa qutarmalıyıq, Putin isə sadəcə başçı olmalıdır”, - deyə cavab verib. 
“Onun sözü ilə əməli birdir, o başladığı işi sona çatdırır. İnsanlar onun məhz nə etmək istədiyini anlamırlar (...) o, Rusiyanı əvvəl olduğu yerə qaytarmaq istəyir”, - Ekklstoun bildirib. 
Onun ABŞ prezidentliyi uğrunda mübarizədə favoriti olan respublikaçı Donald Tramp barədə suala isə: 
 
“Mən düşünürəm ki, o, fantastik prezident olardı. Mən əminəm ki, digərlərindən daha mobildir. Əgər o səhv edərsə, çox güman ki, “Həmin an bu əla ideya idi” deyər”, - cavabını verib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam