Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Vecimizə deyil, Qarabağı da Rusiyaya birləşdirəcəyik”

 

 

 
   "xeberinfo.com"  Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Jirinovski Dövlət Dumasında jurnalistlərə verdiyi açıqlamada ABŞ və Qərbin Rusiyanı sanksiyalarla hədələməsinin mənasız olduğunu, bu sanksiyaların əslində onların özlərinə zərbə vuracağını deyib.
“Sanksiyalar bizim yalnız xeyrimizədir. Çünki öz ödəmə sistemimizi yaradacağıq, sənayemizə daha çox diqqət ayıracağıq. Ona görə də mümkün sanksiyaların heç bir minusu yoxdur. Sanksiyalar onları daha tez vuracaq. Onların yerini başqa təchizatçılar, satıcılar tutacaq, biz də öz mallarımıza başqa yerdə alıcı tapacağıq. Yəni ABŞ və Avropa İttifaqı sanksiyalar tətbiq etsə, bundan yalnız uduzacaq” - deyə Jirinovski bildirib.
LDPR lideri onu da deyib ki, muxtar respublikaların vaxtilə SSRİ-inin tərkibində qalmaq hüququ var idi: “Biz xalqın səs verib yeni dövlət yaratdığı və ya Rusiyaya birləşmək istədiyi istənilən ərazini tanıyacağıq. Qarabağ Rusiyaya birləşmək istəsə, qəbul edəcəyik. Dnestryanı bölgəni də qəbul edəcəyik. Onların ittifaq respublikalarının tərkibində yerləşməsi qanunsuz idi. Çünki SSRİ-dən çıxmaq haqda qanuna görə, SSRİ-dən çıxmaq istəyən respublikaların tərkibinə daxil olan muxtar respublikalar ittifaqın tərkibində qalmaq hüququna malik idi”.
Xatırladaq ki, Rusiyanın Krımı ələ keçirməsindən sonra Jirinovski artıq ikinci dəfədir Qarabağın Rusiyaya birləşdiriləcəyini deyir. Əvvəlcə o, Rusiya radiosunda çıxışında bildirdi ki, Azərbaycanla Ermənistan onsuz da öz aralarında razılığa gələ bilməyəcəklər. Ona görə də ən yaxşısı Qarabağı Rusiyaya birləşdirməkdir.
Yada salaq ki, Qarabağın Gülüstan sülh müqaviləsinə əsaslanıb Rusiyaya birləşdirilməsi çağırışı ilə ilk dəfə ötən ilin payızında erməni separatizminin baş ideoloqu olan bədnam yazıçı Zori Balayan prezident Vladimir Putinə yazdığı açıq məktubda çıxış etmişdi.
Krımın Rusiyaya birləşdirilməsindən sonra bu ideya yenidən gündəmə gətirilib və Ermənistanda ciddi narahatlığa səbəb olub

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam