Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ekspertlər niyə Qarabağı Rusiyaya təhdid elan etdi?

Rusiya üçün başlıca strateji təhdid ABŞ-ın onu zəiflətməyə və amerikayönümlü rejimlərlə əhatəyə almaq siyasətidir. Bu qənaət Rusiyada “Valday” diskussiya klubunun və XİN-ə bağlı “Xarici siyasət” agentliyinin hazırladığı “Beynəlxalq təhdidlər-2016” adlı hesabatında əksini tapıb.

Xeberinfo.com:   Virtualaz.org xəbər verir ki, hesabat bu gün martın 29-da geniş publikaya təqdim olunub, sənədin xülasəsi haqda “İzvestiya” yazıb.

“Valday” diskussiya klubu əsasən Kremlə yaxın ekspertlərdən formalaşdırılıb. Ənənəvi olaraq prezident Vladimir Putin hər il “Valday” klubunun yay diskussiyalarına qatılır, ekspertlərin müxtəlif mövzularla bağlı suallarına cavab verir. Hesabatı klubun bir qrup aparıcı eksperti hazırlayıb, onların arasında keçmiş kəşfiyyatçı (qeyri-leqal) Andrey Bezrukov da var.

Ekspertlərin qənaətin görə ABŞ nəzərə alır ki, zəif, qitənin dərinliklərinə sıxışdırılmış Rusiya ciddi iqtisadi rəqib olmayacaq və Avrasiyada alternativ güc mərkəzinə çevrilməyəcək. Habelə zəif Rusiya Çin ekspansiyası ilə mübarizə aparacaq və bu məsələdə Amerikanın əsas partnyoruna çevrilməyə məcbur olacaq.

Lakin ekspertlərə görə Rusiya Suriyadakı əməliyyatlarda əldə etdiyi nəticələr sayəsində Qərblə münasibətlərdə yeni modus operandi tapmağa başladı. Bu əməliyyatların nəticəsi olaraq Moskva Dəməşqdə ona dost rejimi qoruyub saxladı Aralıq dənizindəki hərbi-dəniz bazasını möhkəmləndirdi, Yaxın Şərqdə aparıcı güc kimi möhkəmləndi.

Bununla belə ekspertlər Rusiyanın Suriya böhranına müdaxiləsinin dolayısı təhdidlər meydana gətirdiyini, o cümlədən Türkiyə ilə birbaşa hərbi münaqişə riski yaratdığını düşünürlər. Onların fikrincə Türkiyə ilə münaqişə XXI əsrdə döyüş cəbhəsinin olmadığı və irimiqyaslı itkilərin qeydə alınmadığı, ancaq kosmik peyklərin vurulduğu, rabitə sistemlərinin, logistik şəbəkələrin və internet-infrastrukturun sıradan çıxarıldığı ilk müharibə ola bilər.

Hesabatın müəlliflərindən Andrey Suşentsov Türkiyə ilə potensial müharibə riski barədə danışarkən deyib ki, Rusiyanın 2020-ci ilə qədər Müdafiə planına dəyişiklik edilir. Türkiyə ilə münaqişə ssenariləri əsasında hərbi təlimlər keçirilir. Türklər də təlimlər keçirir, ehtiyatdan hərbçiləri toplayır.

“Valday” ekpertlərinə görə 2016-cı ildə Rusiya KİV-lərin nadir hallarda diqqət mərkəzində olduğuna görə sıravi vətəndaşlar üçün o qədər də aydın olmayan təhdidlərlə də qarşılaşa bilər. Bunların arasında ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin mümkün eskalasiyasıdır. Ekspertlər qeyd edirlər ki, Suriya və Ukrayna böhranlarına görə Qarabağ məsələsi ikinci plana keçib, ancaq münaqişənin hər an alovlanmaq təhlükəsi azalmayıb.

Hesabatda qeyd edilir ki, son vaxtlar Qarabağ münaqişəsi zonasında o cümlədən artilleriyadan istifadə olunmaqla atışmalar artıb, tərəflər əsl silahlanma yarışına giriblər. “Hadisələrin belə inkişafı Moskvanın və Bakının maraqları ilə kəskin ziddiyət təşkil edə, o cümlədən Moskvanın İrəvanın tərəfindən münaqişəyə qatılması və 2008-ci il “gürcü ssenarisi”nin təkrarlanmasına gətirib çıxara bilər. Bu isə Türkiyə ilə münasibətlərin daha da pisləşməsi deməkdir. Çünki Moskva və Ankara münaqişənin müxtəlif tərəflərini dəstəkləyirlər”-Rusiya ekspertləri vurğulayır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam