Bu misala Türkiyəyə görə çəkirəm.
"xeberinfo.com": Dinləmə əməliyyatı bu ölkəni yanı üstə qoyub.3 aydan artıqdır ki,Türkiyədə siyasi çaxnaşma gedir.Son günlər yayılan telefon danışıqları isə ölkədə daha böyük səs-küyə səbəb oldu.
Qeyd edim ki,Ərdoğan və oğlu Bilal arasında keçən danışıqlarda,əldə olunan çirkli pulların necə yuyulmasından,millionların sıfırlanmasından,yerdə qalan pulların kimlərəsə paylanmasındansöhbət gedirdi.Bu danışıqlardan kimin nəyə qadir olduğunu,nə işlər gördüyünü aydın şəkildə göstərdi.Danışıqlardan aydın olur ki,Ərdoğan və oğlu Bilal rüşvətə bulaşıblar.Və bu işdən təmiz çıxmaq üçün hər cür yola əl atırlar.Ərdoğan səs yazılarını montaj olduğunu desə də, ABŞ mütəxəssisləri bu danışıqların real olduğunu təsdiqlədilər.
Artıq Türkiyə hakimiyyəti daxilində güclü qruplaşmalar var.Bu qruplaşmalar,hökümətə qalib gələcək,və paralel dövlət yürütəcək qədər güclüdürlər.Türkiyə Cumhuriyyətinin 12 illik baş nazirinin telefon danışıqlarını dinləyənlər,4 məmuru yerindən oynadanlar,məmur oğullarını tutduranlar,iş adamlarını həbsə salanlar,sabah kim bilir nələr edəcəklər? Kaset vasitələri ilə rəqibi məğlub etmək istəyənlər,artıq arzularına çatıblar.Səs yazıları,Ərdoğan və hakim partiyaya qarşı həyəta keçirilən bir plandır.Belə götürsək,baş nazirin dinlənilməsinin özü qanundan kənar hərəkətdir.Bunu necə həyata keçiriblər bəlli deyil.Lakin bütün hallarda bu səs yazıları bir çox həqiqətlərin üstünü açdı və bir çoxlarının maskalarını saldı.Digər tərəfdən də, seçimlərdə bir çoxlarına xal qazandırdı.
Güman etmək olar ki,30 martda Ərdoğan və onun hakim partiyası bələdiyyə seçimlərdən məğlubiyyətlə çıxacaq.
Təsadüfi deyil ki,son günlər müxalifət səs yazılarının üstündən hakim partiyaya da çox tənqidlər edir və xalqın rəğbətini qazanmağa çalışır.Yəqin ki,xalq Türkiyəni diz çökdürən rüşvətxorların əməllərinə səssiz qalmayacaq.
Türkiyə xalqı korrupsionerlərə "YOX"deyəcək!
Əlbəttə,AKP hakimiyyəti seçimlərdə qanunsuzluğa yol vermək istəyərsə,30 martdan sonra Türkiyənin hər yerini aksiyalar bürüyəcək.Bu halda köküməti devirəcək qədər güclü aksiyaların keçirilməsi mümkündür.Çünki xalqın başqa çıxış yolu yoxdur.Dövlətin pulunu talayanlar indi sərbəst buraxılıb.Belə olan halda ədalətdən söz gedə bilməz!!