Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Mixail Qorbaçov 20 yanvar qırğını haqda: “Bu mənə dərs oldu”

Mixail Qorbaçovun 20 yanvar qırğını haqda ETİRAFI: “Bu mənə dərs oldu”

 

 

“1990-cı ilin yanvarında çoxlu sayda bakılının həyatı yarımçıq qırıldı. Bu ağırdır, çox ağırdır”.
Xeberinfo.com:  Məlumata görə, bu sözləri SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov özünün yazdığı  “Həyat və islahatlar” kitabındakı memuralarında sovet ordusunun 20 yanvarda Bakıya qanlı müdaxiləsi barədə mövqeyini qeyd edərkən yazıb.
“Əsas günah Qarabağdadı”
Mixail Qorbaçov kitabında 20 yanvar hadisələrinin səbəbləri barədə özünün subyektiv mülahizələrini qeyd edib. O bu qanlı qırğına bəraət qazandırmaq üçün bildirib ki, hadisələrin bu şəkildə baş verməsinin əsas günahı Dağlıq Qarabağ məsələsi ətrafında o illərdə yenidən kəskinləşən erməni-azərbaycanlı qarşıdurması olub.  
“90-cı ilin yanvarından dərs götürülbmü? Şübhə edirəm: bunun subutu erməni-azərbacanlı müharibəsidir”.
Özünün bu qanlı hadisələrdən yaxasını kənara çəkməyə can atan M.Qorbaçov sovet qoşunlarının Bakıya hərbi müdaxiləsini “fövqəladə şəraitin” məcbur etdiyini yazıb. 
“1990-cı ilin yanvarında fövqəladə şərait bizi fövqaladə vəziyyətin elan edilməsinə məcbur etdi. Bu addım daha çox qan axıdılmasının qarşısını almaq üçün atıldı”-deyə eks-prezident vicdanı ağrımadan yazıb.
“Azərbaycan hakimiyyəti parçalanmışdı”
Daha sonra sovetsayağı statik arqumentlərə üz tutan M.Qorbaçov qeyd edib ki, “13 yanvarda Bakıda xüliqan elementlər insan itkisi ilə müşayiət olunan kütləvi iğtişaş tördəiblər”.  
SSRİ prezidenti ardınca etiraf edir ki, 15 yanvarda Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Bakıda vəziyyətin normallaşdırılması üçün təxirəsalınmaz tədbirlər barədə qərar qəbul edib. M.Qorbaçov memuarında idda edir ki, Azərbaycan hakimiyyəti daxilində bölünmə və parçalanma situasiayaya nəzarət etməyə imkan verməyib. 
“Mən Prezident Şurasının üzvü Primakovu və Sov.İKP Mərkəzi Komitəsi adından Aleksandr Girenkonu Bakıya göndərdim. Onlar mənə zəng vurub bildirdilər ki, Azərbaycanda vəziyyət nəzarətdən çıxıb. 18 rayonda hakimiyyət orqanlarının fəaliyyəti dayandırlıb və İranla 200 km sərhəd sökülüb”. 
M.Qorbaçov yazır ki, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sərəncamı ilə 20 yanvar 1990-cı ildə Bakıda fövqəladə vəziyyət elan edilib.
“20 yanvar mənə dərs oldu”
Qorbaçov 20 yanvar qırğının məsuliyyətini dolayısı yolla olsa da, etiraf edib. 
“Bu faciəli hadisədən dərs götürdüm. Hakimiyyət ekstremal situasiyada güc tətbiqindən imtina edə bilməz. Ancaq bu aksiya mütləq olaraq əsaslandırılmalı və çox sərt tədbirlərlə bağlı addım məhdudlaşdırılmalıdır. Problemin həlli yalnız siyasi yolla tapılmalıdır”-deyə Mixail Qorbaçov vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam