Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

ABŞ-İran danışıqlarının üçüncü raundu -Uzun bir yolun başlanğıcı

news content

Yenixeber.org: İran və ABŞ arasında danışıqların üçüncü raundu, həm texniki, həm də yüksəksəviyyəli müzakirəçilər səviyyəsində görüşlər Omanın paytaxtı Məsqətdə keçiriləcək. Bunu aprelin 21-də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib: "ABŞ ilə Məsqət və Romada keçirilən əvvəlki danışıqlarda ümumi çərçivələr və mövqelər müzakirə olunub. Məsqətdə keçiriləcək texniki sessiyada bu çərçivələrlə bağlı daha ətraflı mövqeləri araşdırılacaq".

İndiyə qədər keçirilən danışıqların təfərrüatlarına gəlincə, Bəqayi deyib ki, belə müzakirələrin detalları mediada müzakirə olunmur: "Mediada təfərrüat kimi verilənlərin hamısı təsdiqlənmir və sadəcə fərziyyədir... Biz uzun bir yolun başlanğıcındayıq".

XİN sözçüsü bu danışıqların İran və ABŞ arasında münasibətlərin normallaşmasındakı mümkün rolu ilə bağlı da sualı da cavablandırıb. Onun sözlərinə görə, "İran və ABŞ arasında dolayı danışıqlar nüvə məsələsi və sanksiyaların ləğvi üzərində qurulub".

Bəqayi xarici işlər naziri Abbas Əraqçinin aprelin 22-də Çinə səfər edəcəyi barədə də məlumat verib. O, ötən həftə Rusiyaya səfər etmişdi.

            Abbas Əraqçi və Sergey Lavrov

18 aprel

İranın xarici işlər naziri nüvə danışıqlarında Rusiyadan dəstək istəyir

İranın xarici işlər naziri ölkəsinin nüvə proqramları üzrə danışıqlarda Rusiyanı rol oynamağa çağırıb, danışıqların yeni raundu öncəsi ABŞ-nin niyyətlərinə də şübhə ilə yanaşıb.

Abbas Əraqçi aprelin 18-də rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb. O, danışıqlarda razılaşmanın mümkünlüyünə inamını bildirib.

Aprelin 19-da iranlı diplomat Romada Ağ evin xüsusi elçisi Stiv Uitkoff ilə görüşməlidir. Danışıqların birinci raundu bir həftə öncə Omanda keçirilib.

"Amerika tərəfinin niyyət və motivasiyalarına dair ciddi şübhələrimizin olmasına baxmayaraq, sabahkı danışıqlara gedəcəyik", – Əraqçi Moskvada birgə mətbuat konfransında deyib.

ABŞ prezidenti Donald Tramp 2018-ci ildə nüvə sazişindən çıxıb. Qərb ölkələri uzun müddətdir İranı nüvə silahı hazırlamaqda suçlayır. Tehran isə iddiaları davamlı rədd edir, nüvə proqramının dinc məqsədli olduğunu, məsələn, elektrik istehsalında istifadə edildiyini bildirir.

Uitkoff bu həftənin əvvəlində İranın uran zənginləşdirmə proqramlarını bütünlükdə dayandırmağa çağırıb. Beynəlxalq müfəttişlər Tehranın uran ehtiyatlarını 60 faizə qədər zənginləşdirə bildiyini deyirlər ki, bu da silah istehsalı üçün gərəkən həddə yaxındır.

Əraqçi isə aprelin 16-da deyib ki, İranın uranı zənginləşdirmə səyləri müzakirəyə açıq deyil.

Tramp yanvarda ikinci prezidentlik müddətinə başlayandan İrana təzyiqi gücləndirib, regiona əlavə hava və donanma qüvvələri göndərib. Amma o, eyni zamanda İran rəsmiləri ilə birbaşa danışıqlarda israr edib.

"Mən çox şey istəmirəm, amma onlar nüvə silahına yiyələnə bilməzlər", – Tramp bu ayın əvvəlində deyib..

              Əli Xamenei

           Xamenei İran-ABŞ nüvə danışıqlarını dəstəkləyir

İranın ali dini rəhbəri Əli Xamenei Tehran və Vaşinqton arasında nüvə müzakirələrinin davam etdirilməsini dəstəkləyib. Amma o, həftəsonu ikinci raundu keçiriləcək danışıqlar barədə həddindən artıq optimist və ya pessimist olmadığını deyib.

Aprelin 15-də İran hökumətinin yüksəkvəzifəli üzvləri ilə görüşündə Xamenei bildirib ki, iranlı danışıqçılar ehtiyatlı davranmalıdır. Bu, İran və ABŞ arasında danışıqların başlanmasından sonra məsələ ilə bağlı onun ilk ictimai şərhidir.

"(Danışıqlara girməklə bağlı) Qərar verildi və ilk addımlar uğurla atıldı. İrəliləyərək diqqətli hərəkət etməliyik. Bizim və qarşı tərəfin qırmızı xətləri aydın şəkildə müəyyən edilib", - İranın ali dini rəhbəri deyib.

"Danışıqlar nəticə verə də bilər, verməyə də bilər. Biz bu danışıqlara nə çox optimist, nə də çox pessimist baxırıq. Təbii ki, digər tərəfə çox pessimist, amma öz imkanlarımıza nikbin yanaşırıq", - o əlavə edib.

Dövlət məsələlərində son qərarı verən ali dini rəhbər rəsmi şəxsləri ölkənin işlərini danışıqlara bağlamamağa çağırıb.

Nüvə danışıqlarında ABŞ-ni prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff təmsil edir. O bildirib ki, istənilən razılaşma İranın nüvə zəngiləşdirməsini və silahlanma proqramını dayandırmağı ehtiva edir.

"İranla razılaşma yalnız bir Tramp razılaşması olarsa, tamamlanacaq. Hər hansı yekun razılaşma Yaxın Şərqdə sülh, sabitlik və rifah üçün bir çərçivə yaratmalıdır - İran öz nüvə zənginləşdirmə və silahlanma proqramını dayandırmalı və aradan qaldırmalıdır", - xüsusi nümayəndə Uitkoffun ofisinin rəsmi X hesabında onun adından paylaşılan açıqlamada vurğulanıb.(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam