Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

SANDU QALDI... - Moldovada seçkinin taleyini kimlər həll etdi?

“Moldova bütün Avropa tarixində görünməmiş hücuma məruz qalıb: çirkli pullar, qeyri-qanuni olaraq səslərin satın alınması, ölkədə bəzi düşmən qüvvələrin və cinayətkar qrupların seçki proseslərinə cəlb edilməsi, yalanlar, cəmiyyətə nifrət və qorxu aşılamaq... Amma moldovanlar tarix kitablarına yazılmağa layiq demokratiya dərsi verdi". 

Yenixeber.org: Bunu Moldovada keçirilən prezident seçkilərində qalib gələn Maya Sandu seçkidən sonrakı müraciətində deyib. MSK-nın rəsmi açıqlamalarına görə, Sandu müxalifətdə olan və rusiyayönlü kimi təqdim edilən Sosialistlər Partiyasının təmsilçisi, ölkənin keçmiş baş prokuroru Aleksandr Stoyanoqlonu 10%-ə yaxın səs fərqi ilə məğlub edib. Səslərin 99,56 faizinin sayılmasından sonra seçicilərin 55 faizindən çoxunun Sanduya, 44,6 faizinin Stoyanoqloya səs verdiyi məlum olub. 

Lakin səsvermənin nəticələri sayılarkən son ana qədər kimin qalib gələcəyi böyük sual altında idi. Belə ki, sırf Moldovanın daxilində keçirilən seçkinin nəticələrinə görə, müxalifətin namizədi Sandunu üstələyib. Moldovada yaşayan seçicilərin 51,19%-i Stoyanoqloya, 48.81 %-i Sanduya səs verib. Müxalif namizəd faktiki olaraq, 36 bölgədən 19-da hazırkı prezidentə qalib gəlib. Beləliklə, seçkinin nəticəsi xaricdə yaşayan moldovalıların səsindən asılı vəziyyətə düşüb və Sandunu da son anda məhz bu seçicilərin səsi xilas edib. Belə ki, xaricdəki moldovalıların 80 faizindən çoxu Sanduya səs verib və bu da həlledici olub. Məhz buna görə hazırkı prezident onu xilas edən xaricdəki həmvətənlərinə minnətdar olmalıdır. Sandu müraciətində deyib: “Bu gün siz Moldovanı xilas etdiniz… Azadlıq, həqiqət və ədalət qalib gəldi. Moldova hər birimizin səsi ilə öz iradəsini və gücünü nümayiş etdirə bildi. Biz sübut etdik ki, birləşərək, bizi diz çökdürmək istəyənləri məğlub edə bilərik”.

Təbii ki, son cümləsində Sandu Moldovadakı seçkilərə maksimum təsir göstərmək istəyən Rusiyanı nəzərdə tutub. Lakin məsələ ondadır ki, Stoyanoqlonu da aşkar rusiyapərəst adlandırmaq doğru olmazdı. Çünki o da Moldovanın Avropaya inteqrasiyasının tərəfdarı kimi çıxış edir, lakin eyni zamanda da Rusiya ilə mümkün qədər normal münasibətlərin saxlanmasından yanadır. Məhz buna görə əslən Qaqauz türkü olan Stoyanoqlo təkcə Qaqauziya muxtariyyəti və Dnestryanıdan olan seçicilər deyil, Moldovanın digər ərazilərində də yüksək səs toplayıb. Sandu isə əsasən paytaxt Kişinyovda üstünlük qazanıb. Lakin burada da onun Stoyanoqlodan üstünlüyü 2-3 faiz təşkil edib. Qeyd etdiyimiz kimi, nəticədə Sandunu xaricdəki seçicilər qalib edib. Buna görə artrıq bəziləri Sandunu Moldovada deyil, xaricdə yaşayan moldovalıların prezidenti adlandırmağa başlayıblar…

Məlumat üçün qeyd edək ki, Maya Sandu 2020-ci ildən Moldovanın prezidentidir. Onun 2016-cı ildə yaratdığı Fəaliyyət və Həmrəylik partiyasını 2021-ci ildə növbədənkənar parlament seçkilərində qalib gələrək hakim partiyaya çevrilib. Bu partiya respublikanın 101 yerlik birpalatalı parlamentində 62 mandata malikdir. Sandunun dövründə ölkə Aİ-yə üzvlük üçün müraciət edib və namizəd statusu alıb.

Əslən Qaqauziyadan olan Aleksandr Stoyanoqlo isə iki dəfə Qaqauziyanın başkanı (rəhbəri) vəzifəsinə namizədliyini irəli sürüb. 2019-2023-cü illərdə Moldovanın baş prokuroru olub. Onun barəsində 3 cinayət işi başlanıb. Onlardan birinə görə, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) ona təzminat təyin edib, digərinə görə, Moldova məhkəməsi ona bəraət verib, üçüncüsünə isə hələ baxılır. 2023-cü ildə Sandu Stoyanoqlonu baş prokuror vəzifəsindən azad edib.

Hazırda Stoyanoqlonun təqdir edilən hərəkətlərindən biri də odur ki, o, öz seçicilərini seçkinin nəticələrindən asılı olmayaraq, sakitliyi və asayişi qorumağa çağırıb. Bu da onun Moldovanı qarışdırmaq istəyən xarici qüvvələrin qulluğunda olduğina dair iddiaları qüvvədən salır…(azpolitika)_

C.Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam