Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Aztelekom”un sabiq rəhbəri YAP-dakı vəzifəsindən qovuldu

"Aztelekom"un iki gün əvvəl həbs edilən baş direktoru Məhəmməd Məmmədov YAP-dakı vəzifəsindən çıxarılıb.

Xeberinfo.com:   Partiyanın saytına istinadən məlumata görə, Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət - Təftiş Komissiyasının sədri olmuş Məhəmməd Məmmədov sözügedən yoxlamaların və istintaqın başlaması ilə əlaqədar YAP strukturlarında tutduğu vəzifədən azad olunmaq barədə ərizə ilə müraciət edib. Hazırda o, Mərkəzi Nəzarət - Təftiş Komissiyasının sədri vəzifəsini daşımır.

"Qafqazinfo" xatırladır ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilən yoxlamalar nəticəsində nazirliyin «Aztelekom» İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədovun barəsində həbs-qətlimkan tədbiri seçilib.

Onun partiyadan xaric olunacağı da istisna deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam