Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“ABŞ Azәrbaycanla әlaqәlәrin güclәndirilmәsini istәyir”

 

"ABŞ Azәrbaycanla әlaqәlәrin güclәndirilmәsini istәyir vә bu istiqamәtdә işlәyir".
"Xeberinfo.com":   APA-nın mәlumatına görә, bu sözlәri ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta ABŞ-Azәrbaycan münasibәtlərini necә qiymәtlәndirirsiniz?” sualını cavablandırarkәn deyib. Onun sözlәrinә görә, müәyyәn mәsәlәlәr var ki, onların üzәrindә iş aparılır: "Birlәşmiş Ştatlar güclü, çiçәklәnәn, pozitiv, demokratik Azәrbaycan görmәk istәyir. Bizim әlaqәlәrimiz bir neçə istiqamətdə davam edir. Bunlar iqtisadiyyatın inkişafı, tәhlükәsizlik, qanunun aliliyi vә insan haqları sahәlәridir. Hər iki ölkә dünyamızda olan bütün çağırışlara cavab vermәk üçün birgә işlәmәkdә vә әmәkdaşlıqda maraqlıdır". 
 
Robert Sekuta qeyd edib ki, o, müntəzəm olaraq Azərbaycandakı tərəfdaşlarla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irәlilәyişin әldә edilmәsi ilә bağlı danışıqlar aparır. “Eyni zamanda ATӘT-in Minsk qrupunun amerikalı hәmsәdri Ceyms Uorlikdə öz hәmkarları ilә bu istiqamәtdә iş aparır. Bu yaxınlarda yeni müzakirәlәr olub. Bölgәyә sәfәr etmә imkanları nәzәrdәn keçirilir. Әsas mәqsәd iki ölkәnin prezidentlәrini bir araya gәtirmək vә münaqişәni ölü nöqtәdәn, yәni hazırki vәziyyәtdәn çıxarmaqdan ibarətdir". 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam