Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

"Türkiyə xalqı bir partiyanın təkbaşına hökumət qurmasına razı olmadı"

 

MHP İğdırdakı seçki nəticələrindən Yüksək Seçki Komissiyasına şikayət göndərib 

"Xeberinfo.com":   Türkiyədə keçirilən 7 iyun parlament seçkisindən sonra prezident Rəcəb Tayyib Ərdoğan ilk dəfə efirə çıxaraq canlı yayımda seçki ilə bağlı fikirlərini açıqlayıb.

 
Tələbələrin 4-cü Beynəlxalq Məzuniyyət Törəninə qatılan prezidentin “kiminsə “mən” demə haqqında sahib deyildir”, “hər kəs eqolarını kənara qoyub bir an öncə ölkəmizdə hökumət qurma işinə dəstək verməlidir” sözləri diqqət çəkib.
Ərdoğan 7 iyun seçkisinin Türkiyədə yeni bir dönəm açdığını vurğulayıb: “Türkiyə Böyük Millət Məclisinin ən yaşlı üzvü olan CHP-dən millət vəkili, keçmiş baş nazir Deniz Baykala görüş dəvəti göndərdim və onunla yaxın gələcəyimizlə bağlı bir sıra önəmli məsələləri müzakirə etdik. Ölkədə tezliklə hökumət qurulmalıdır. Sayın Baykala bu sürəcin sürətli, ardıcıl davam etməsi üçün üzərimə düşənləri yerinə yetirəcəyimi bildirdim. 
Bu məsələdə yubanmalar millətimizə iqtisadi baxımdan ziyan verə bilər. Seçkiyə qatılan hər bir vətəndaşa təşəkkürümü bildirirəm. Yüksək demokratik quruluş olması ilə öyünən dövlətlərdə belə seçkidə vətəndaşların iştirak faizi bu qədər yüksək olmur. Ortaya çıxan sonuc isə millətin iradəsidir. Hər kəs bu iradəyə hörmətlə yanaşmaq məcburiyyətindədir. Xalq bildirdi ki, o, bir partiyanın hökumət qurmasına razı deyil. Ancaq bir partiyanın hökumət qurmasına imkan verməyən bu tablo heç bir halda Türkiyənin uzun müddət hökumətsiz qalması anlamına gəlmir. Türkiyə iyunun 8-dən fərqli bir mənzərə ilə qarşı-qarşıyadır. Bu dönəmi ən rahat şəkildə keçmək üçün partiyaları soyuq başla düşünməyə, ölkənin gələcəyi üçün məsuliyyətli davranmağa dəvət edirəm”.
Ərdoğan çıxışı boyu partiyaları dəfələrlə məsuliyyətli qərarlar verməyə dəvət edib:“Prezident olaraq Konstitusiyanın üzərimə qoyduğu bütün vəzifələri həyata keçirməyə davam edəcəyəm. Partiyaların verəcəyi qərarların Türkiyəni böhrana yox, rifah və sabitliyə aparacağına inanıram”.
Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçəli prezident Ərdoğanın çıxışından az sonra twitter üzərindən koalisyon hökumətlə bağlı fikirlərini açıqlayıb: “Türkiyənin 13 illik qaranlıq həyatı göz önündədi. Bu pis mirasın baiskarları addım atarkən məsuliyyətdən yayınmamalıdırlar. Bəllidir ki, Türkiyə tarixi bir seçki keçirdi. 7 iyunda milli iradə öz sözünü dedi, mesajını verdi, siyasətin yönünü bəlli elədi. Hər seçki bir yenilənmədir, ancaq bu seçki qarşıda yepyeni bir səhifə açdı. Ancaq bu səhifə yazılarkən dünəni necə unudaq? Yaddaşını itirməyənlər üçün bütün dünənlər bugünləri və sabahları işıqlandıran fənərlərdir. Bu fənərlər yandıqca tale və yol açıqdır. Siyasət gələcəyi səbir və düşüncə ilə şəkilləndirməkdir. Ancaq öncə hər kəs öz etdiklərini səmimiyyətlə araşdırmalıdır. Təlaşa qapılmağa lüzum yoxdur. Qayğı və qorxu tacirlərinə fürsət verilməməli, böhran və xaos tətikçilərinin qarşısı alınmalıdır. Heç bir kürsü, heç bir vəzifə, heç bir rütbə ideyaların, ölkələrin keçmişdəki sözlərinin və sağlam duruşlarının önünə keçməməlidir, keçməyəcəkdir. Türkiyəyə pis miras qoyanlarla hesablaşmadan halallaşmaq olarmı? Mənfəətin cazibə qüvvəsinə qapılıb fədakarlıqla verilən mücadilələr bir qələmlə silinə bilərmi? Gələcəyə baxaq dediyimiz zaman keçmişi görməzdən gəlsək ya varlığımızı, ya da heysiyyətimizi itirmiş olarıq. Buna kimsənin haqqı olmayacaq. Musanı Fironun əlindən alıb hökmran edən qüdrət məzlumun ahını yerdə qoymayacaq, səbir edəni mütləq zəfərə çatdıracaq. Narahat olmayın, bu gün dünəndən daha ümidli, bu gün dünəndən daha uğurludur”.
Türkiyə iyunun 8-dən fərqli bir mənzərə ilə qarşı-qarşıyadır. Bu dönəmi ən rahat şəkildə keçmək üçün partiyaları soyuq başla düşünməyə, ölkənin gələcəyi üçün məsuliyyətli davranmağa dəvət edirəm”
CHP lideri Kamal Kılıçdaroğlu da son koalisiya açıqlamasını twitter üzərində verib. Kılıçdaroğlunun mesajından partiyadaxili müzakirələrin davam etdiyi anlaşılıb: “Hər kəs bilsin ki, verdiyimiz sözləri həyata keçirmək üçün dəyərlərimizi qoruyaraq partiyada ortaq fikrə gələcəyik. Məqsədimiz ölkəmizi içərisində olduğu sıxıntılı durumdan bir an öncə çıxarmaqdır”.
 
Milliyyətçi Hərəkat Partiyası 7 iyun parlament seçkisinin İğdır, Van və Malatya seçki dairələri üzrə nəticələrinin yoxlanması üçün Mərkəzi Seçki Qurumuna müraciət edib. 
MHP-nin ən böyük şübhələri İğdırda alınan sonucla bağlıdır. İlkin nəticələrə görə İlğdırdakı hər iki dairədə HDP-nin namizədləri qalib gəlib. MHP hesab edir ki, ötən seçki ilə müqayisədə HDP-nin səslərini 30 min artırması real deyil və burada seçki saxtalaşdırmaları ola bilər. Partiyanın bu haqda açıqlamasında bildirilir ki, HDP-yə səs verən məhəllələrdə seçicilərin 95 faizinin seçkiyə gəldiyi, etibarsız bülletenlərin sayı isə cəmi 1 faiz göstərilib: “Əldə etdiyimiz bilgilərə görə, əsgərlikdə olanların, xəstəxanada olanların, əngəlli seçicilərin yerinə səs verilib. Ona görə də ortaya belə bir anormal artım mənzərəsi çıxıb”.
MHP-nin İğdır millər vəkilliyinə namizədi İsa Yaşar Tezel də seçkinin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında seçki günü baş verən qanunsuzluqlardan danışıb. Əslən Azərbaycandan olan İsa Yaşar Tezel bir çox məntəqələrdə etibarsız bülletenlərin HDP-nin xeyrinə sayıldığını da dilə gətirib.
İsa Yaşar Tezel çıxışında İğdırdakı seçkinin ədalətli olmadığını deyib: “Biz bu seçkiyə bərabər şərtlər altında getmədik. AKP ailələri “səslərinizi biz deyən namizədlərə verməsəz, uşaqlarınızı işdən çıxaracağıq”, muxtarlar “qutudan bizim namizədə filan qədər səs çıxmasa, heç bir iş, heç bir yatırım almayacaqsız” sözləri ilə təhdid edən çirkin bir kampaniya apardı. Dediklərimizin sübutları da var. AKP namizədinin öz kəndindən aldığı səslə digər bölgələrdən aldığı səsi müqayisə etmək yetər ki, seçkidə saxtakarlığın hansı miqyasda olduğu aydın görünsün. AKP İğdırdakı seçki yarışını qazanmaq iddiası olmadığı üçün bütün gücünü HDP-nin qələbəsinə sərf etdi.  AKP eyni zamanda CHP-ni güclü göstərərək bizləri bölməyə çalışdı və bunu başardı”.
İsa Yaşar Tezel İğdırda yaşayan azərbaycanlıların səsini bölmək təşəbbüsünü də kəskin tənqid edib, bu planı həyata keçirənləri “sapı özümüzdən olan baltalar” adlandırıb: “Biz seçkidə 26 min səs aldıq. Bu xalqımızın bizə etimadıdır. Vətəndaşlarımıza təşəkkürümü bildirirəm. Onlar MHP-yə çox ağır şərtlər altında səs verdilər. İçimizdə sapı özümüzdən olan baltalar var. MHP-dən millət vəkilliyinə namizəd olmayan bir sıra siyasətbazlar əleyhimizə kampaniya aparanlara qoşuldular. Adları MHP-də olsa da nə seçkiyə gəldilər, nə ailələrinin bir fərdini seçkiyə göndərilər. Onları seçki dönəmində AKP-nin yanında, AKP-nin təsiri altında gördük. Hansı səbəblərdən səs almadığımız haqqında danışarkən bunları böyük təəssüf hissi ilə qeyd etmək məcburiyyətindəyəm”.
İsa Yaşar Tezel bundan öncəki parlamentdə İğdırdan millət vəkili olan partiya arkadaşı Sinan Oğana da iradlar səsləndirib: “Biz kəndlərə gedib səsinizi MHP-yə verin dedikdə, insanlar bizə “4 il öncə verdik, ancaq bir dəfə kəndimizə gəlmədiz, çayımızı içib dərdimizlə maraqlanmadınız” cavabını verdi. Həmin arkadaşımıza səslənirəm. Nəyə görə 4 ildə bir dəfə gəlib həmin insanların əlini sıxmadın? MHP-nin millət vəkilliyi bəsit bir şey deyil, dünyanın ən şərəfli işidir. O, mənim qalib gəldiyim qəsəbəyə gələrək “HDP 2:0 qazandı, elə bunu başardız” deyərək MHP-nin uğursuzluğundan özünə siyasi divident qazanmaq istəyib. Sən bu şəhərin çörəyini yedin, ancaq onu haqq etmədin, sonda da partiyanın məğlubiyyəti üçün əlindən gələni etdin. Bu şəhər türk şəhəri olaraq yox edilir. Yox olmasına da sevinənlər var. Ən başda da CHP-nin millət vəkilliyinə namizədi Adil Aşırım. Bu seçkidə 16 il sonra ilk dəfə İğdıra gəldi. Çünki ona bizim səslərimizi bölməsinin qarşılığında böyük mənfəətlər vəd edilib. Gəldikləri gün biz burada MHP-ni məhv etməyə gəlmişik açıqlaması verdilər. Mənsub olduğu irtə nifrət edən bu insanlar CHP-yə AKP-yə HDP-yə səs verin, ancaq səsinizi MHP-yə verməyin açıqlamasını seçki boyu özlərinə şüar seçdilər. İğdır xalqın bunları unutmayacaq”.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam