Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

 Lavrov Qarabağ nizamlanmasını təsir dairəsinə bölməməyə çağırır

 

Yenixeber.org: Müasir dünyanı təsir dairələrinə bölmək lazım deyil, münaqişələrin nizamlanmasında vicdanla iştirak edərsənsə hamıya yer çatacaq. Bu barədə bazar ertəsi RF XİN rəhbəri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin "astanalaşdırılması" ilə bağlı Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin bəyanatını şərh edərkən bildirib.

Məlum olduğu kimi, Borrel deyib ki, Rusiya-Türkiyə münasibətlərinin "astanalaşması" (Suriya nizamlanması üzrə Astana formatının adından götürülüb) bu ölkələrə Suriya, Liviya və Qafqazda təsir dairələrini bölməyə imkan verib.

“Mən çox ümid edirəm ki, Avropa İttifaqı özünü müasircəsinə aparacaq və müasir dünyanı təsir dairəsinə bölünməsi gərəkən kimi təqdim etməyə çalışmayacaq. Bu və ya digər münaqişənin həllində hansısa geosiyasi fayda və kənar üstünlüklər əldə etmək üçün yox, vicdanla iştirak etmək istəyən hər kəsə yer çatar”, - RİA Novosti Lavrovdan sitat gətirib.

Onun fikrincə, Borrel Aİ-dən başqa birinin Qarabağa dair təşəbbüskar addımlar atmasından narahatdır. "Mən belə başa düşürəm ki, o, bir qədər narahatdır ki, Avropa İttifaqından başqa kimsə müasir dünyada hansısa təşəbbüskar addımlar ata bilər",- nazir qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam