Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Qarabağ üç nəfər arasında-ŞƏRH

Şənbə günü Qarabağ münaqişəsi ilə bağlı Fransa, Rusiya və Türkiyə prezidentlərinin telefon danışığı olub.

Yenixeber.org: RİA Novosti xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putinlə söhbət olub. Söhbət zamanı Qarabağ, Donbass, Liviya ətrafında vəziyyətin nizamlanması, terrorizmə qarşı mübarizə ilə bağlı məsələlər müzakirə olunub.

Putin Dağlıq Qarabağda tezliklə atəşkəsin təmin edilməsi və danışıqların bərpası üçün Rusiyanın atdığı addımlar barədə həmkarına ətraflı məlumat verib.

Sonra Kremlin mətbuat xidməti bildirmişdir ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib ərdoğan Dağlıq Qarabağdakı vəziyyəti telefonla müzakirə etmişlər.

Bildirilir ki, rusiyalı lider həmkarına Azərbaycan və Ermənistan liderləri ilə bir sıra danışıqlar barədə məlumat verib.

Ərdoğan Administrasiyasının məlumatına görə, türkiyəli lider Putinə bildirib ki, Ermənistan işğal altındakı Azərbaycan ərazilərindən çıxmalıdır: "Azərbaycanın əks-hücumu isə onun ərazisi ilə məhdudlaşır."

Ərdoğan Ermənistan rəhbərliyinin danışıqlar masası arxasına sağlam düşüncə ilə oturmağa inandırılmasının vacibliyini də bildirib və bunun münaqişənin dayandırılması və regionda vəziyyətin sabitləşməsi üçün əsas olduğunu vurğulayıb.

"Bu təmaslar tezliklə hərbi əməliyyatların dayandırılması və siyasi - diplomatik nizamlanmaya nail olunması variantlarının axtarışına yönəldilib. Onlar münaqişənin sülh yolu ilə həllinə nail olmaq məqsədilə qarşılıqlı əməkdaşlığa hazır olduqlarını təsdiq ediblər", - deyə prezidentlərin söhbətini işıqlandıraraq Kremldə əlavə ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam