Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Şamaxıda zəlzələnin ziyan vurduğu -500 ev təmir olunub

Şamaxıda zəlzələnin ziyan vurduğu 500 ev təmir olunub
Cari ilin əvvəlində Şamaxıda baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Artıq Şamaxı rayonunda zəlzələ nəticəsində zərər görən 500-dən çox ev təmir olunaraq vətəndaşların istifadəsinə verilib.
Yenixeber.org: Bu barədə açıqlamasında Şamaxı Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Təbriz Qəniyev bildirib. Onun sözlərinə görə, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən iki min ev təmir kateqoriyasına daxil edilib.

“Zəlzələdən sonra qəzalı vəziyyətə düşən evlərin yenidən tikilməsi, bərpa olunması ilə Fövqəladə Hallar Nazirliyi məşğul olur. İcra Hakimiyyəti isə qəzalı vəziyyətə düşən evlərin təmiri və bərpasını həyata keçirir. Həmin evlərin təmiri yüksək səviyyədə aparılır. 500-dən çox ev artıq təmir olunub və vətəndaşların istifadəsinə verilib. 100-ə yaxın evdə hazırda təmir işləri gedir. Təmir olunan evlər təkcə Şamaxı şəhərində deyil, kənd və qəsəbələrdə də var. Bəzi kəndlərdə artıq işlər yekunlaşmaq üzrədir".

T.Qəniyev qeyd edib ki, cari ilin sonuna qədər bütün evlərdə təmir işləri başa çatdırılacaq.

Qeyd edək ki, fevralın 5-də Şamaxı rayonunda güclü zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində yaşayış evlərinə ciddi ziyan dəyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam