Yenixeber.org: Bu barədə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Mövcud təbii iqlim şəraiti rayonun qarğıdalıçılıq üzrə ixtisaslaşmasına, bu sahənin daha da inkişaf etdirilməsinə imkan verir. Bunun nəticəsidir ki, son illər balakənli fermerlərdə bu sahəyə maraq xeyli artıb. Hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada birincilər sırasındadır. 2017-ci ildə balakənli fermerlər 6 min 885 hektar qarğıdalı sahəsindən 43 min 152 ton məhsul əldə ediblər.