Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şəki sakinindən avtomat silah götürülüb

 

Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Mustafayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib

 

Yenixeber.org: Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib. 

Polis əməkdaşları saxlanılan şəxsin narkotiki əldə etdiyi mənbəni də müəyyən ediblər. Görülmüş tədbirlərlə şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Teymurov da saxlanılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində onun şəhər ərazisində yaşadığı evdən nömrəsi silinmiş və qundağı kəsilmiş avtomat silahı, 9 ədəd 5,45 mm. kalibirli patron və 1 ədəd patron sandığı aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı araşdırmalar aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam