Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Goranboyda hərbi sursatlar aşkarlandı- Foto

Goranboyda hərbi sursatlar aşkarlandı

 

 

Yanvarın 31-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində iki mərminin və bir əl qumbarasının tapılması barədə məlumat daxil olub

 

Yenixeber.org: ANAMA-dan bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində partlamamış üç hərbi sursat (2 ədəd 100 millimetrlik top mərmisi (BK-5M və OF-32) və bir köhnə model əl qumbarası) aşkar olunub və agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkarlanmış partlamamış hərbi sursatların ətrafında 1500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.

Ümumilikdə agentlik tərəfindən yanvarın 1–dən 31-dək 75 partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib, 10 min 640 kvadratmetr ərazi yoxlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam