Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Cəlilabadın qaz istismar idarəsində özbaşınalıq -ŞİKAYƏT

 

Want create site? Find Free WordPress Themes and plugins.

Cəlilabadın qaz istismar idarəsində özbaşınalıq -

Yenixeber.org:  Cəlilabad rayon sakini Əkbərova Xuraman Sərraf qızı Cəlilabad qaz istismar sahəsinin əməkdaşlarının qanunsuz olaraq evinə gələn qaz xəttini kəsdiyini iddia edir, Cəlilabad rayon Qaz İstismarı sahəsinin rəisi əvəzi Rafiq Məhərrəmovdan şikayət edir. Bu səbədən iki uşağı və ankoloji xəstə olan anasıyla soyuq evdə yaşamağa məcbur olduqlarını yazır:

“Hörmətli redaksiya!

Yazıb sizə bildirmək istəyirəm ki, mən Əkbərova Xuraman Sərraf qızı Cəlilabad rayon Səttarxan küçəsində iki uşağım və ankoloji xəstə olan anamla birlikdə yaşayırıq.

Bir neçə gündür ki, Azəriqaz istehsalat birliyinin Cəlilabad qaz istismar sahəsinin əməkdaşları evimə gələn qaz xəttimizi kəsərək bizi soyuq ocaqda qoyublar. Səbəb isə çox sadədir. Mənim evimə çəkilmiş 333-10-44-00-1000-80 nömrəli sayğacın qaynım Abışov Habil Xoçaxan oğlunun adına olduğu üçün başıma bu oyun açılıb. Qaynım Habil Abışovun özünün yaşadığı mənzildə 233-10-43-342-00-000 nömrəli sayğacının Azəriqaza 336 AZN borcu var. Ona görə də Azəriqazın əməkdaşları qaynımın borcunu ödətdirmək üçün gəlib mənim də evimin qaz xəttini kəsiblər.

Mən öz qaz borcumu hər ay vaxtı-vaxtında ödəyirəm. Bununla bağlı Cəlilabad rayon Qaz İstismarı sahəsinin rəisi əvəzi Rafiq Məhərrəmovun da qəbulunda olduq. Rafiq Məhərrəmov bizə bildirdi ki, qaz xəttinizin kəsilməsinə görə şikayət məktubu yazdığınız üçün xəttinizi birləşdirmək fikrim yoxdu. Yaxşısı budur, məktubunuza təkzib yazaraq səhv etdiyinizi bildirin. Biz isə razılaşmadıq. Çünki səhv bizim yox, qaz idarəsinin işçilərinindir”.

Şikayətçi qarşılaşdığı problemin həll edilməsində yardımçı olmağımızı xahiş edir:

“Sizdən xahişim odur ki, evimə gələn qaz xəttinin birləşdirilməsi üçün əlinizdən gələn köməyi əsirgəməyəsiniz. Havalar soyuyub, dörd nəfər evin içində soyuqdan donuruq”.(A24.az)

Redaksiyadan: Məsələylə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam