Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Cəlilabadda narkotacir yaxalandı–FOTO

Cəlilabadda narkotacir yaxalandı

 

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməliyyat tədbiri həyata keçirilib və nəticədə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

 

Yenixeber.org: DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Cəlilabad rayonunun Şiləvəngə kəndi ərazisində əlində idman çantası olan şəxs saxlanılıb.  Araşdırmalarla onun İran İslam Respublikasının vətəndaşı Fərəməz Musapur olduğu müəyyən edilib.  Əlindəki çantaya baxış zamanı oradan 9 bağlamada olan, ümumi çəkisi 22 kiloqramdan artıq tiryək aşkar olunaraq götürülüb. (apa)

 

 

 Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam