Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Horadizdə Bayraq Muzeyi tikilir -FOTOLAR

Horadizdə Bayraq Muzeyi tikilir -

 

Yenixeber.org:  Bayraq hər bir dövlətin mövcudluğunun simvolu, azadlığının rəmzidir. Dövlətin varlığını, fəxarətini, tarixini, milli mənsubluğunu, dəyər və mənəviyyatını özündə cəmləşdirən atributudur.  Dövlətin tarixi, mübarizə əzmi bayraqla tanınır, bayraqla ucalır. Hər bir azərbaycanlı Azərbaycanın üçrəngli bayrağını özünün qürur mənbəyi hesab edir. Sevindirici haldır ki, Bakı ilə yanaşı respublikanın bölgələrində də üçrəngli bayrağımızın şərəfinə Bayraq meydanları tikilir, muzeylər yaradılır, xüsusi layihələr həyata keçirilir.

Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Horadiz şəhərində Dövlət Bayrağı meydanının ərazisində Bayraq Muzeyi inşa edilirr. Ümumi sahəsi 300 kvadratmetrə yaxın olan Bayraq Muzeyinin binası bir mərtəbəli, səkkizgüşəli ulduz formasındadırr.

Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bayraqları,gerblər, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzlərinin qorunub saxlanılması nəzərdə tutulur.

 

Horadizdə inşa olunacaq Bayraq Muzeyində nümayiş etdirilən eksponatlarrayon sakinlərinin və rayona gələn qonaqların şanlı tariximiz haqqında geniş təsəvvür yaratmalarına  imkan verəcəkdir. 

Horadizdə Bayraq Muzeyi tikilir -
Horadizdə Bayraq Muzeyi tikilir -
Horadizdə Bayraq Muzeyi tikilir -


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam