Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rəis iş adamını döydü - Zərdabda özbaşınalıq

Rəis iş adamını döydü -

 

Zərdab rayon sakini, iş adamı İntiqam Ağalarov Zərdab rayon Yol Polis Şöbəsinin rəisi Rəşad Xəlilov tərəfindən döyülüb.
Xeberinfo.com:  Aznews.az-a daxil olan məlumata görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan İ.Ağalarov gecə saat 01.00 radələrində evinə gələrkən maşını saxlanılıb. 
Ona şöbəyə getməsi, şəxsən R.Xəlilovun onunla söhbəti olduğu deyilib. Sahibkar getmək istəməyəndə qoluna qandal vurulub təzyiqlə şöbəyə aparılıb. Orada şöbənin əməkdaşları tərəfindən möhkəm döyülüb. İddiaya görə, şöbədə ondan xeyli miqdarda rüşvət tələb olunub.
İ.Ağalarov açıqlamasında faktı qismən təsdiqləyib və Zərdab Rayon Yol Polis Şöbəsinin rəisi Rəşad Xəlilovun bu əməllərindən aidiyyəti orqanlara şikayət etdiyini bildirib: "Bu saat Zərdab Rayon Polis Şöbəsindən çıxmışam. Ona hər şeyi bildirdim. Mənə qarşı qanunsuzluq və dələduzluq edən polis əməkdaşlarını cəzalandırmasını istədim. Heç kəsdən qorxmuram, gözləmə mövqeyindəyəm. Bu gün məsələ ilə bağlı Zərdab rayon Polis Şöbəsinin rəisi ilə görüşdüm. Prezidentin sahibkarlarla bağlı sərəncamı var və biz onu daima xatırladırıq. Mən qanuna əməl edən vətəndaşam. Yol qaydasını da pozmamışam. Mənə saxla əmri verildi, mən də maşını kənara çəkib dayandım. Bildirdilər ki, sizi rəis Rəşad Xəlilov görmək istəyir. Gecdir deyə etiraz etdim. Apardılar şöbəyə, orada sözümüz düz gəlmədi. Aramızda söz-söhbət yarandı və məsələ elə də qalmaqdadır”.
İ.Ağalarov məsələ ilə bağlı ölkə prezidentinə, Daxili İşlər naziri və Baş prokurora teleqrama vurduğunu deyib. 
Qeyd edək ki, bir müddət əvvəl də Zərdabda iş adamına qarşı polis təzyiqinin olması barədə məlumat yayılmışdı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam