Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şəmkirdə “Çin çıxaran” “Ağa” – Hacı Elmar insanları aldadaraq onları necə soyur?-FOTO

Şəmkirdə “Çin çıxaran” “Ağa” – Hacı Elmar insanları aldadaraq onları necə soyur?

Son günlər Şəmkir rayonunda özünü “Ağa” təxəllüsü ilə təqdim edən Həci Elmar adlı şəxslə bağlı sosial şəbəkələrdə narazılıq xarakterli videolar yayılıb.

Yenixeber.org: Paylaşımlarda bəzi vətəndaşlar həmin şəxsin dini biliklərə malik olduğunu bildirərək insanları qəbul etdiyini, müxtəlif “xidmətlər” göstərdiyini və bunun müqabilində ödəniş aldığını iddia edirlər.

İddialara görə, sözügedən şəxs əvvəllər rayonda dini fəaliyyətlə məşğul olub, indi isə falçılıq edir.

Sosial şəbəkələrdə yayılan məlumatlarda onun İranda dini təhsil aldığı və bir müddət Şəmkir rayon Cümə məscidində fəaliyyət göstərdiyi deyilir.

Həmin şəxsin “falçılıq”, “cin çıxarma” kimi fəaliyyətlə məşğul olduğu da irəli sürülür. Bununla bağlı yayılan videolarda vətəndaş narazılığı əks olunsa da, məsələ ilə bağlı dini qurumların mövqeyi hələlik açıqlanmayıb.

Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb.(Xalq.online)

Məsələ ilə bağlı rəsmi qurumların və adı çəkilən şəxsin açıqlamasını dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam