Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müəllimlər İmamverdi İsmayılovun təbliğatına qoşulmağa məcbur edilir-Qubadlı İcra Hakimiyyəti tərəfindən

 

 
   
 

bitmap-img6

Qubadlı İcra Hakimiyyəti İmamverdi İsmayılovun məcburi təbliğatı ilə məşğuldur.
Yenixeber.org: Sosial şəbəkədə yayılan məlumatlara görə dünən Sumqayıt şəhəri 11 mikrorayonda fəaliyyət göstərən Q. İlyasov adına 1 nömrəli Qubadlı şəhər tam orta məktəbin müəlimlərinə valideynləri məcburi şəkildə çağrılaraq İmamverdi İsmayılova səs verməklə bağlı tapşırıq verilib. Belə ki, Qubadlı İcra Hakimiyyətinin adamları məktəbə gələrək müəllimlərin (təqribən 30 müəllim - red.) hər birinə məcburi şəkildə 50 blank verilərək 9 fevralda səsverməyə gələcək valideynlərin siyahısını tərtib etməyi və onların seçki günü məntəqələrə gələrək səsvermədə iştirakını təmin etmək tapşırılıb. Məlumata görə, indidən sözügedən məktəbdə başlanan seçki saxtakarlığına etiraz edən müəllimlərdən birinə isə icra hakimiyyətinin işçiləri təzyiqlər ediblər və onu işdən çıxaracaqları ilə hədələyiblər.
Göründüyü kimi, İmamverdi İsmayılovun yenidən deputat olması üçün icra hakimiyyəti bütün inzabti resurslarını seçkinin kütləvi saxtalaşdırılmasına cəlb edib. Amma ölkədə azad və ədalətli seçki prosesinin gözdən salınmasına xidmət edən bu saxtalaşdırılma prosesinə müəllimlərin zorla cəlb olunması çox üzücüdür. Ümid edək ki, Təhsil Nazirliyi başda olmaqla müvafiq dövlət qurumları icra hakimiyyətinin seçki prosesinə müdaxilə olunmasına və müəllimlərin seçki saxtakarlığına məcburi cəlb edilməsinə biganə qalmayacaq. 1 saylı Qubadlı orta məktəbindəki vəziyyət nəzarətə götürüləcək.
Məlumata görə, icra strukturları yanvarın 17-dən başlayaraq İmamverdi İsmayılovun təbliğatına cəlb olunub. Qubadlı və zəngilanlılar isə İmamverdi İsmayılovun onları parlamentdə formal olaraq təmsil etdiklərini deyirlər. İmamverdi İsmayılovun deputat olduğu müddətdə seçicilərin problemlərini həlli istiqamətində heç bir iş görmədiyini bildirirlər.  Ona görə də seçicilər icra hakimiyyətinin onlara "müqəddəs İkona" kimi təqdim etdikləri İmamverdi İsmayılovun yenidən deputat olmasına qarşıdırlar...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam