Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Zahid Qəribovla Rafət Orucov yeni oyunu –“Turqay” MMC “YOX”-a çıxardılır

Səhiyyə Nazirliyində əsas tenderlərin qalibi olan “Turqay” MMC və onun rəhbəri Rafət Orucovla bağlı xəbər vermişdik.

Yenixeber.org: Qeyd etmişdik ki, “Turqay” MMC-nin sahibi olan Rafət Orucov Kürdəmir rayon sakinidir və Səhiyyə Nazirliyində keçirilən tikinti tenderlərinin tək qalibi olmasının səbəbi, həyat yoldaşının dayısı və həmyerlisinin nazirliyin Tikinti İdarəsinin rəisi Zahid Qəribov olması ilə bağlıdır.

Redaksiyamıza daxil olan məlumata görə, indiyə qədər yüz milyonlarla manatlıq tenderlərin qalibi olan “Turqay” MMC-nin sahibi Rafət Orucov “qalib” gəldiyi tenderlərə ayrılmış vəsaitin 30 faizini nəğd şəkildə Zahid Qəribova veribmiş. Qəribov isə öz növbəsində həmin vəsaiti Səhiyyə Nazirliyinin rəhbərliyinə çatdırıb.

Saytımıza verilən məlumata görə, müəmallı və qalmaqallı “Turqay” MMC-nin rəhbərliyinin üzə çıxmasından sonra Zahid Qəribov adı çəkilən şirkətlə bağlı yeni qərara qəbul edib. Məlumatda iddia edilir ki, Zahid Qəribov Rafət Orucova tapşırıq verib ki, yeni bir şirkət təsis etsin və bundan sonra Səhiyyə Nazirliyinin tenderlərini “Turqay” MMC yox, yeni şirkət udacaq. Qeyd edilir ki, Zahid Qəribov Rafət Orucova təcili şəkildə Xırdalan şəhərində Mərkəzi Xəstəxananın tikintisini başa vuraraq işləri təhvil verməsini də tapşırıb. Çünki indiyə qədər heç bir rəsmi ünvanı, haqqında hər hansı bir məlumat olmayan “Turqay” MMC şirkətinin rəhbərliyi artıq ictimaiyyətə məlumdu.

Heç kəsin tanımadığı bir şirkətin yüz milyonlarla manatlıq tenderlərin qalibi olması isə həmişə maraq doğurub. Ancaq indi hər kəs açığa çıxıb: Həm Rafət Orucov həmdə onun havadarı, qohumu Zahid Qəribov.

Bildirək ki, sabiq MTN generalı Akif Çovdarovun Rafət Orucovu və Zahid Qəribovu bir neçə dəfə dövlət əmlakını mənimsəmə iddiası ilə ilişdirdiyi deyilir. Həmin vaxt Səhiyyə Nazirinin müavini Elsəvər Ağayevin və sabiq MTN naziri Eldar Mahmudovun əmizi qızı Pərvanə Mahmudovanın köməkliyi ilə yaxalarını qurtara biliblər. Məlumata görə, baş verənlərdən sonra Rafət Orucovla Zahid Qəribov MTN generalı Akif Çovdarova illik haqq ödəyirmişlər. Ancaq Eldar Mahmudovun adamları və başda Akif Çovdarov olmaqla həbs olunan da nədənsə nə Zahid Qəribov nədə Rafət Orucov zərərçəkmiş kimi şikayətçi olmadılar. Məlumata görə, Z.Qəribovla R. Orucovun Akif Çovdarovdan şikayətçi olmamalarını Səhiyyə Nazirinin müavini Elsəvər Ağayev istəyib.

Redaksiyamıza daxil olan başqa bir ilginc informasiyada isə qeyd edilir ki, Rafət Orucov nazir müavini Elsəvər Ağayevə həmişə narazı olub. Bu narazılığın səbəbi isə “Turqay” MMC-nin illərdi Elsəvər Ağayevə və ətrafına işləməsi və sonda bütün məsuliyyətin isə R.Orucovda qalması ilə bağlıdı. Çünki dəfələrlə hüquq mühafizə orqanlarında carmığa yalnız Rafət Orucov çəkilib. Bu hadisələr isə “Turqay” MMC-nin rəhbərinin Elsəvər Ağayevə qarşı narazı olmasına səbəb olub. Məlumatda iddia olunur ki, Rafət Orucov ən yaxın ətrafı ilə keçirdiyi məclislərdə Elsəvər Ağayevin Bakı şəhərində yüzlərlə mənzilə sahib olduğunu və həmin mənzilləri baha qiymətə xarici vətəndaşlara kirayəyə verdiyini dilə gətirib. Mənbə həmin məlumatın bir neçə il öncə ölkə mətbuatına ötürülməsində də Rafət Orucovun “xidməti”nin olduğunu qeyd edir.

Hətta Akif Çovdarovun Turqay MMC təhbərinin hüquq mühafizə orqanları tərəfindən saxlanıldığı vaxt bütün işlərin əsas təşkilatçısı Elsəvər Ağayevlə Zahid Qəribov olduğunu etiraf etdiyi deyilir.

Qeyd edək ki, “Turqay” MMC şirkətinin Səhiyyə Nazirliyində həyata keçirtdiyi tenderlərlə bağlı araşdırmalarımız davam edir, yaxın günlərdə Rafət Orucovla Zahid Qəribovun 30 faiz “şapka” verdikdən sonra tenderlərdən nə qədər qazanc əldə etdikləri barədə oxucularımıza məlumat verəcəyik.(aztoday)

Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam