Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Səhiyyə Nazirliyində “tender mafiyası” –Kürdəmirdən olan tikinti “kralları”

 

Səhiyyə Nazirliyində “tender mafiyası” – Kürdəmirdən olan tikinti “kralları”
Yenixeber.org: Azərbaycandakı nazirliklərdə həyata keçirilən təmir tikinti işlərində külli miqdarda yeyintilərin olması ilə bağlı mətbuatda dəfələrlə faktlara söykənən yazılar dərc olunmağına baxmayaraq hələdə bu sahədə ciddi korrupsiya davam etməkdədir. Büdcədən ən çox vəsait ayrılan nazirliklərdən biri də Səhiyyə Nazirliyidir. Bu nazirliyə ayrılan vəsaitlərin bir qismi bir qayda olaraq paytaxtda və rayonlarda fəaliyyət göstərən xəstəxanaların təmiri, tikintisi üçün istifadə olunur. Təmir – tikinti işlərində isə davamlı olaraq nazirliyin vəzifəli şəxslərinə yaxın şirkətlərin həyata keçirtməsi isə qaranlıq məqamlardan xəbər verir.

Azerinfo.tv-yə Səhiyyə Nazirliyindəki mənbənin verdiyi məlumata görə Səhiyyə Nazirliyində təmir tikinti işləri ilə bağlı tenderlərini ən çox nazirlikdə Əsaslı Tkinti İdarəsinin rəisi Zahid Qəribova yaxın olan şirkətlər udur.
Əslində isə keçirilməsi olan tenderlər sadaca formal xarakter daşıyır və kağız üzrərində həyata keçirilir. İnformasiya mənbəmiz bildirir ki, adətən səhiyyə nazirliyində böyük miqyaslı tenderlə eyni şirkətlərə və eyni şəxslərə verilir. Amma həmin şəxslər zaman – zaman şirkətlərini dəyişirlər. Bu isə təmir tikinti işlərində yol verdikləri külli miqdarda korrupsiyadan, maxinasiyadan və vergidən yayınmaya görə edilir. İş adamları iz azdırmaq üçün tez tez şirkətləri dəyişməklə yenə eyni maxinasiyanı həyata keçirirlər.
Əslən Kürdəmirdən olan Zahid Qəribov məşhur biznesmen, sabiq deputat Fərhad Qəribovun əmisioğludur.
Muradxanlı kəndindən olan Zahid Qəribov Səhiyyə Nazirliyində əsas tikintiləri, təmir işlərini elə öz rayonundan olan Rafət və Mürvət Orucovlara məxsus şirkətlərə verir. Daha dəqiq desək həmin şirkətləri tenderdə qalib edir.
Əvvala bu şəxslər onunla həmyerlidirlər. Diğər tərəfdən Mürvətin dayısı Vəli vaxtilə Bakı Şəhər İcea Hakimiyyətində Təmir -Tikinti İdarəsinin rəisi olub. O vaxtdan Vəli və Zahid yaxın dost olublar. İkincisi Zahid Qəribov Rafət Orucovun həyat yoldaşının dayısıdı.
Yəni arada çox böyük yaxınlıq və qohumluq əlaqələri var.
Hazırda Rafət Orucov Qubada, Mürvət Orucov Geranboyda xətəxana tikir. Şirkətləri bir neçə səhiyyə ocağını da təmir edir. Təbii ki, tender oyunlarında qalibiyyətə görə Zahid Qəribova xeyli qazanc gəlir. Öz növbəsində Zahid Qəribovun yuxarı dairələrdə çox nüfuzlu bir şəxsin adından sui-istifadə etməsi deyilir. Hətta bu yaxınlarda Qəribov həmin nüfuzlu şəxsə guya avtomobil də hədiyyə edib.
Bildirək ki, səhiyyə nazirliyinin müəmmalı tenderlərinin qaranlıq qaliblərinin həyata keçirtdiyi milyonluq lahiyyələrlə bağlı araşdırmamız davam edir və yaxın günlərdə adı çəkilən şirkətin nazirlikdəki himayədarları, maliyyə maxinasiyaları ilə bağlı oxucularımıza ətraflı məlumat verəcəyik.

Bizi izləməkdə davam edin.(pressdent.az)

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam