Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Məktəb və uşaq bağçaları bağlanıldı

Bu barədə “Rospotrebnadzor”un rəhbəri Anna Popova bildirib.

Yenixeber.org: Rusiyada qrip və kəskin respiratorlu virus infeksiyası (KRVİ) səbəbindən 2500-dən çox məktəb və 816 uşaq bağçası bağlanılıb.

Bu barədə “RİA Novosti”yə “Rospotrebnadzor”un rəhbəri Anna Popova bildirib.

Daha əvvəl Popova xəbər vermişdi ki, epidemiya prosesinə məktəb və uşaq bağçalarından olan 3-6 və 7-14 yaş qrupundakı uşaqlar daha fəal şəkildə cəlb edilib.

“İndi biz məktəblərdə və uşaq bağçalarında uşaqları ev şəraitində təhsilə keçirməklə epidemiya prosesinin dayandırılmasını davam etdiririk. Hazırda RF-nin 58 subyektində 2694 məktəb və 816 məktəbəqədər uşaq müəssisəsi bağlanılıb”, - deyə A.Popova bildirib. Onun sözlərinə görə, bu tədbir daha effektlidir və uşaqlara sağlamlıqlarını qorumaqla yanaşı, təhsillərini davam etdirməyə şərait yaradacaq.

“Uşaq bağçalarında və məktəblərdə davamlılıq 20 faizi keçərsə bu qərar məktəb və təhsil sisteminin rəhbərləri tərəfindən qəbul edilir. Digər epidemioloji səbəblər baş verdiyi halda artıq bu qərarı “Rospotrebnadzor” verir”, - deyə A.Popova izah edib.

Rusiyada aparılan peyvənd kampaniyasına gəlincə, bu, Səhiyyə Nazirliyinin gözlədiklərindən daha artıq olub.

Ölkə vətəndaşlarının təxminən yarısı – 70,8 milyon nəfər, o cümlədən 63 faiz uşaq inyeksiya edilib.(AZƏRTAC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam