Avropa liderləri arasında miqrant qarşıdurması
İtaliya ilə Fransa arasında ötən həftədən bəri davam edən miqrant qarşıdurması iki ölkə arasında münasibətləri gərginləşdirib.
Yenixeber.org: “Anadolu” agentliyi xəbər verir ki, Quimper şəhərində çıxış edən Fransa prezidenti Emmanuel Makron miqrantlarla bağlı etirazlar və bəzi ölkələrin tənqidi yanaşmasına münasibət bildirib.

Konkret ad çəkməsə də, Makron ABŞ və İtaliya hökumətlərini insanları miqrantlarla qorxutmaqda günahlandırıb. “Populizm və millətçilik hər yerdə cüzam kimi yayılır. Bir daha əsla ortaya çıxmaz, dediyimiz ölkələrdə belə. Qonşumuz olan ölkələr isə daha betərini edirlər. Onlar böyük təxribatlara cəhd edirlər və heç kim bundan narahatlıq duymur. Başqalarına dərs keçməyə vərdiş edənlərə bunu demək istəyirəm: hər bir miqrantı qəbul etməyin gərəkli olduğunu deyin. Amma Fransa cəmiyyətindəki çatları da görün. Bizim etdiklərimizə də baxın. Üzümüzü qızardacaq bir şey etməmişik”, – deyə Makron bildirib.
Fransanın bu mesajına İtaliya baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini "Tvitter"də sərt reaksiya verib: “Boşboğaz Makron və Savianonun (Matteonu tənqid edən jurnalist) hərəkətləri mənə təsir etməz, əksinə, bu, məni gücləndirir. Onlar danışarkən mən bu gün qanunsuz miqrant köçünü durdurmaq və mafiyadan alınaraq ələ keçirilən villaları italyanlara geri qaytarmaq üçün çalışıram. Bəziləri danışar, bəziləri edər”.
Qeyd edək ki, İtaliya ötən həftə SOS Mediterranee humanitar təşkilatının 629 miqrantın olduğu gəmisinin limanlarına yaxınlaşmasına icazə verməmişdi. Makronun İtaliyanın bu davranışını “gülünc və məsuliyyətsilik nümunəsi” adlandırması və partiyası “İrəli, Respublika!”nın İtaliyanın miqrant siyasəti barədə “mədə bulandırıcı” ifadəsini işlətməsi iki ölkə arasında siyasi böhrana səbəb olub.