Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazir zəlzələ bölgəsində evlərə baxış keçirir -Yenilənib (FOTOLAR)

Nazir zəlzələ bölgəsində evlərə baxış keçirir - Yenilənib (FOTOLAR)
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatala rayonunun Əliabad qəsəbəsində ötən gün baş vermiş zəlzələnin nəticələri ilə tanış olduqdan sonra Çobankol kəndinə gəlib.
Yenixeber.org: Fövqəladə hallar naziri, rayon rəhbərliyi və əlaqədar dövlət qurumlarının rəsmiləri burada qəzalı vəziyyətə düşmüş həyət divarına və fərdi evə baxış keçiriblər. Nazir təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlarını verib.


**

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatalarayonunda zəlzələdən zərərçəkən ərazilərə baxış keçirir. Kəmaləddin Heydərov nazirliyin digər rəhbər şəxsləri ilə birlikdə əvvəlcə Əliabad qəsəbəsinə baş çəkib. Nazir yeraltı təkanlardan zərərçəkmiş digər məntəqələrdə də olacaq.



Qeyd edək ki, iyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində 6 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Rayon fövqəladə hallar komissiyasından bildiriblər ki, yerlərdən daxil olan ilkin məlumatlara görə, yeraltı təkanlar nəticəsində rayonun Əliabad qəsəbəsində, Suvagil, Mamrux və Yuxarı Çardaxlar kəndlərində əvvəlki zəlzələlər zamanı qəzalı vəziyyətə düşmüş köhnə tikililərin, tövlələrin divarlarındakı çatlar genişlənib, bəzi evlərdə çatlar əmələ gəlib, həyətlərin hasarları uçub.



Hazırda rayon fövqəladə hallar komissiyası yerli icra nümayəndəlikləri ilə birlikdəzəlzələ nəticəsində dəymiş zərəri müəyyənləşdirmək üçün yerlərdə araşdırmalar aparır. (AzərTAc)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam