Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sumqayıtda yolun bağlanması təhlükəli vəziyyət yaradıb

 Sumqayıtda piyada yolunun bağlanması sakinlər üçün təhlükəli vəziyyət yaradıb

Yenixeber.org: Şəhərin 6-cı mikrorayon ərazisində, Cəlil Məmmədquluzadə küçəsində avtomobillərin gediş-gəlişi məqsədilə nəzərdə tutulan yol sakinlər üçün təhlükəyə çevrilib.
Ərazidə tikinti işlərinin aparılması və sakinlərin gediş-gəlişi üçün nəzərdə tutulmuş səki üzərində bəzi işbazlar tərəfindən meyvə-tərəvəz mağazasının fəaliyyətə başlaması bir sıra çətinlikləri ortaya çıxarıb. Sakinlər istər gündüz, istərsə də axşam saatlarında nəqliyyat vasitələrinin hərəkət etdiyi küçənin mərkəzi ilə gedib-gəlmək məcburiyyətində qalırlar. Bu da həm sürücülərə qəza şəraiti yaradır, həm də sakinlər üçün təhlükə törədir.
Sakinlər bildiriblər ki, problemdən aidiyyatı qurumlar da xəbərdardır. Lakin tədbir görülmür.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam