Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Döyüşə başlamaq üçün məqam gözləyirik” –Polkovnik Ramaldanov

 

“Döyüşə başlamaq üçün məqam gözləyirik” – Polkovnik Ramaldanov
Yenixeber.org: Ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri içərisində Ağdam Mexaniki Suvarma İdarəsinin əməkdaşları olan yük avtomobilini atəşə tutublar. 02-AC-416 dövlət nömrə-nişanlı “KamAZ 43114” markalı avtomobil gülləbaran edilib. İdarənin maşında olan 5 əməkdaşı xəsarət almasa da, avtomobil yararsız hala düşüb.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, ermənilərin təxribatı gözlənilirdi.

“Ermənistanda vəziyyət çox gərgindir. Daxili problemlərdən diqqəti yayındıra biləcək istiqamət isə Qarabağdır. Biz bunu gözləyirdik. Hətta bu vəziyyətdə təxribatların artma riski çoxalıb. Bununla bağlı hansısa fövqəladə vəziyyət də yarana bilər. Təxribatların məqsədi ondan ibarətdir ki, Azərbaycanı adekvat addım atmağa məcbur etsinlər və bununla Sarkisyanın komandasının hakimiyyətinin möhkəmlənməsinə nail olsunlar. Hazırda Silahlı Qüvvələrimiz cavab atəşi ilə təxribatların qarşısını alır, atəş nöqtələrini susdurur. Biz vəziyyəti izləyirik və nəzarətdə saxlayırıq”. 

Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazır vəziyyətdədir

Ehtiyatda olan polkovnik qeyd edib ki, Ermənistanda olan vəziyyət təxribat riskini çoxaltsa belə, bu, işğalçı ölkənin xeyrinə olmaya da bilər: “Ermənistanda hakimiyyətsizlikdir. Cəmiyyət parçalanıb. Bu fonda Ermənistan silahlı qüvvələri psixoloji təsir altındadır. Azərbaycan Ordusu bir məqamı gözləyir. Amma bu məqam Ermənistanla bağlı yox, marağı olan dövlətlərin təsirindən asılıdır. O təsir minumuma enəndə Azərbaycan Silahlı Qüvvələri tarixi şansdan istifadə edərək torpaqlarımızı işğaldan azad edəcək. Bunun deməyə əsaslar da var. Çünki Ermənistanda rəhbərliyə kim gəlirsə-gəlsin işğalçı siyasət dəyişməyəcək. Nikol Paşinyan da Qarabağ siyasətini sərt ifadələrlə açıqladı. Ona görə də hesab edirəm ki, sülh yolu ilə münaqişənin həlli minuma enib, hərb yolu ilə həlli isə maksimuma çatıb. Sadəcə məqamdır. Ermənistandakı hərc-mərclik dövründə üçüncü dövlətlər Qarabağa təsirlərini minumuma endirəcəklər və bu məqamda Azərbaycan Silahlı Qüvvələri öz vəzifələrini yerinə yetirməli olacaq”. 

İşğala son qoymaq üçün tarixi şans 1 dəqiqə, 1 saat, 1 aydan sonra da ola bilər

“Biz müharibə şəraitindəyik. İşğal olunmuş torpaqlar azad olunmayana qədər bu vəziyyət dəyişməyəcək. İşğal olunmuş torpaqlarımızı azad etmək üçün tarixi şans hər an yetişə bilər. Bu, 1 dəqiqə, 1 saat, 1 aydan sonra da ola bilər. Cəmiyyət yaranmış vəziyyətlə əlaqədar işğala son qoyulmasına çağırış edirsə, bu, Azərbaycan prezidentinə, Silahlı Qüvvələrimizin Ali Baş Komandanına bir daha Qarabağla bağlı birliyini nümayiş etdirir. Qarabağla bağlı bir mövqedən çıxış edərək öz dəstəyini göstərirlər. Bu, Azərbaycanın gələcəkdə ordunun gücü ilə ərazi bütövlüyünü bərpa etməsi baxımından çox böyük amildir. Azərbaycan vətəndaşı aprel hadisələrindən bu günə qədər hələ də sakitləşməyib”.

Dağlıq Qarabağdakı hərbi birləşmələrin İrəvan ətrafına cəmləşdirilməsinə gəlincə Ş.Ramaldanov deyib: “Ermənistandakı Qarabağ klanı başa düşür ki, vəziyyət onların ziyanına dəyişə bilər. Ona görə tədbirlər alırlar ki, daxildə olan hərc-mərcliyə son qoyulsun. Yəni əhalini müəyyən şəkildə hazırkı yanaşmasından çəkindirsinlər. Burada güc varinatı da ola bilər. Çünki danışıqlar heç bir nəticə vermir. Qarabağ klanı bütün vəzifələri tutmaqdadır. Onlar çalışırlar ki, nəyin bahasına olursa-olsun varlıqlarını davam etdirsinlər. Hərbi birləşmələr İrəvana istiqamət alıbsa, deməli hansısa tapşırıq alıblar”.(azvision)

Elvin Abdulqədirov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam