Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Kral”dan vaxtı keçmiş kolbasa kampaniyası –Foto/İddia

“Kral”dan vaxtı keçmiş kolbasa kampaniyası –

 

 “Kral” kolbasa-sosiska firması bahar kampaniyası elan edib. Şirkətin məhsulları marketlərdə dəyər-dəyməz qiymətinə satılır.

Yenixeber.org: “Kral”ın məhsulları satılmadığı üçün vaxtı keçməkdə olan kolbasa-sosiskaları tələm-tələsik ucuz satışa çıxarıb.

► Vaxtı keçməkdə olanlar şor qiymətinə…

Əməkdaşımız marketlərin birində şahidi olub ki, 1 kilo “Kral” sosiskası alana üstündə 1 ədəd kolbasa da verilir – cəmi 9 manat, 18 qəpiyə.

Görəsən, bir kolbasa və sosiskanın əti, maya dəyəri neçəyə başa gəlir ki, 9 manatdan təklif olunur?

Azərbaycanda sosiskanın kilosu 9-12 manat arasında dəyişir. Kolbasa məmulatlarının da ucuzu 6-7 manatdan başlayır. Daha keyfiyyətli kolbasa istəyirsənsə, 15-18 manata satılır.

Di gəl, “Kral” firması tələbat olmayan mallarını sırımaq üçün vaxt keçməkdə olan sosiska-kolbasanı bir yerdə 9 manata satır.Üstəlik, marketlərdə bu məhsullar kolbasa-sosiska vitrinində deyil, ayrıca bir səbətdə kənara qoyulub. Burdan da görünür ki, məqsəd kampaniya deyil, o malları tez-bazar satmaqdır.

► Rus KİV: “Kral”a meyit əti vurulur”

Bu şirkətin məhsulları barədə mətbuatda da ürəkaçana məlumatlar yoxdur. Bir müddət əvvəl yayılan xəbərlər olduqca tükürpədici idi.

Rusiya mediasında gedən iddialara görə, Rusiya Tibb Elmləri Akademiyasının Qida İnstitutunun alimləri həmin kombinatdakı ət məhsulları nümunələrini tədqiq ediblər və tərkibində insan əti olduğu qənaətinə gəliblər.

Bildirilir ki, insan əti nümunələri iki növ kolbasada – “Kral” və “Dənəvər servalat”da tapılıb.

Ekspertlər kolbasanın tərkibinə insan ətinin təsadüfən düşməsi ehtimalını istisna ediblər. Onlar hesab edir ki, məhsulların tərkibinə kimsəsiz meyitlərin əti vurulur.

► 82 faizlik yağ

Digər xəbərlərdə o da deyilirdi ki, Ukraynadan aşağı keyfiyyətli, faiz göstəricisi 52 faiz olan yağ gətirilir.

Gətirilən yağlar isə Nərimanov rayon Əhməd Rəcəbli küçəsində yerləşən iki qarajda saxta etiketlərlə qablaşdırılır və 82 faizlik yağ adı ilə “Kral” kolbasalarını istehsal edən müəssisəyə satılır.

“Kral” kolbasalarını istehsal edən müəssisədə bir neçə nəfərlə gizli şəkildə bu əməliyyatı həyata keçirən Ağahəmid adlı şəxsdir.

O,  etiketləri və digər lazımi sənədləri elə öz müəssisəsində Sevinc adlı şəxsin vasitəsi ilə hazırladır və bunu orijinaldan fərqləndirmək çox çətindir.

► İndeyski” ət ayaq açıb…

Qeyd edək ki, “Azad İstehlakçılar Birliyi”nin Qida Təhlükəsizliyi nişanı verdiyi 3 şirkət var.

İstehsalçı firmalar “Sab”, “Sevimli Dad” və “Min Bərəkət”-dir. AİB sədri Eyyub Hüseynov bildirmişdi ki, bu firmaların da istehsal etdiyi məhsullar digərləri kimi ucuzdur.

Çünki bu firmaların kolbasaları üçün ət Hindistandan gətirilir, amma heç bir qida təhlükəsi yoxdur.

Sual yaranır ki, efirdə hər gen reklamı gedən bu firmaların əti belə Hindistandan gətirilirsə, “Kral”ın əti hardandır? – şirkəti dinləməyə hazırıq.Yunis/AzEuroNews.com/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam