Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda 54 ağır hemofiliyalı uşaq I profilaktika müalicəsi alır

 

"Bu gün Azərbaycanda 54 ağır hemofiliyalı uşaq I profilaktika müalicəsi alır"

 

Yenixeber.org: Bunu Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin nəzdində yerləşən Hemofiliya mərkəzində 1595 xəstə dispanser qeydiyyatdadır.

E.Qədimova qeyd edib ki, xəstəliyin respublika ərazisində yayılma tezliyi öyrənilib: "Müəyyən olunub ki, Bakı və Sumqayıtda, Mərkəzi Aran regionunda xəstələrin sayı artıb. Bakıda olan xəstələrin sayı 758 nəfər, Sumqayıtda isə 77 nəfərdir. Keçən il ölkə üzrə 53 xəstə ilkin qeydiyyata götürülüb".

 

O əlavə edib ki, keçən il ambulator müalicə üçün 2759, stasionar müalicə üçün 271 nəfər müraciət edib: "Qeydiyyatında olan xəstələrin 21 faizi 1-15 yaşındadır. Ümumi qeydiyyatında olan xəstələrin 98 nəfəri 1-5, 235 nəfəri 5-15 yaşlı dır. xəstələrin 1051-ində hemofiliya A, 139-da hemofiliya B, 210-da Villebrand xəstəliyi var".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam